“FARSNEWS” SAYTINDAN TƏRCÜMƏ

İranın “Farsnews” saytında 19.04.2022-ci il tarixində yerləşdirilmiş maraqlı bir yazıdan lazım olan hissələri tərcümə etməklə diqqətinizə təqdim edirəm.

Radikal islahatçılar İranda son vaxtlar yaılan bir klipdə imamsızlığa çağırış görərək onu tənqidə və Xomeynini müdafiə qalxlblar.Sayt burada qeyri səmimilik görərək İslam respublikasında çoxdan Xomeyni irsindən xilas olmaq və ya imamsızlaşdırma hərəkatə mövcud olduğundan və həmin hərəkatın mərhələlərindən danışaraq onun   ən fəal ideoloqlarının bəzi fikirlərini nəql etmişdir. İran İslam Respubliasında baş verən siyasi və ideoloji proseslərlə maraqlanlar üçün həmin yazının mövzu ilə bağlı bəzi hissəərinin tərcüməsi təqdim edilir.

Vidadi Mustafa

 

İmamsızlaşdırma və təhrif layihəsinin təşəbbüskarları kimlər idi?

Xülasə: Onların düşüncə cərəyanında “İmamı Tarix Muzeyinə göndərmək” cəsarətini formalaşdıran və ifadə edən islahatçı sayt necə imamsızlığa etirazın müjdəçisi  ola bilər?

İmamsızlaşdırma planının 1-ci mərhələsi İran-İraq müharibəsindən sonra başlayıb.

Sazəndegi (quruculuq işləri aparan – V.M.) hökumət düşünürdü ki, ölkənin (İranın) qurulması və inkişafı üçün realist olmaq, sistemin ideallarından və fundamental dəyərlərindən kənara çıxmaq lazımdır.

Bu idarəçilərin qnoseoloji transformasiyası (fəlsəfi  düşüncələr  və  dini 
mülahizələr obyektindən idrak obyektinə çevrilən siyasətin trans- 
formasiyası
) texnokratlar kimi tanınan revizionist cərəyanın formalaşmasına səbəb oldu. İslam İnqilabı məhkəmələrinin  ölkənin mədəni və iqtisadi mühitində dəyişikliklərə mane olması fikri ilə hərəkat İmam Xomeyni məktəbinin  prinsiplərindən geri çəkilməyə çalışaraq “İmamsızlaşdırmaq” layihəsinə başladı. Ölkənin ictimai sferasında ABŞ ilə birbaşa danışıqların aparılması zərurətinin nəzəriyyələşdirilməsi və cəmiyyətin mədəni mühitinin dəyişdirilməsi fikrinin təbliği  dəyişiklik ssenarisini icra mərhələsinə keçirən tədbirlərdən idi.

2-ci mərhələ islahat hökuməti dövrünü – liberalizm dövrünü təşkil edir. Bu mərhələdə Xomeyni ideyalarının inkarı və o dövrün  müasir prinsiplərinin effektivliyi gündəmdə idi (əslində islahat hökuməti tərəfdarları birinci mərhələdə daha geniş şəkildə fəaliyyət göstərdilər).

Səid Həcəriyan baş redaktoru olduğu “Sobh-e emruz”  qəzetində  yazırdı: “Cəmiyyəti İmam Xomeyni dövrünün  xüsusiyyətləri ilə idarə etmək olmaz!”

Digər nümunələr: 1999-ci ilin martında “Neshat” qəzeti böyük İmamı zorakılıqçı kimi təqdim edərək yazırdı: “İmam Xomeyni və  Nəvvab Səfəvi zorakı, Kəsrəvi və Həkmizadə isə islahatçı idilər”.

12 sentyabr 1998-ci ildə həftəlik “Aban” qəzeti şəhid Müdərris və İmam Xomeyninin  din və siyasətin obyektivliyi nəzəriyyəsini populust kimi təqdim edib  açıq şəkildə yazırdı: “Siyasət və dinin obyektivliyi nəzəriyyəsi populistdir  və köhnə düşüncələrdən doğulur”.

“İran” qəzeti isə 9 sentyabr 1998-ci ildə yazırdı: “Ruhanilər mühafizəkar olmuşlar və hətta kor-koranə İmam Xomeynini təqlid etmişlər”.

3-cü mərhələ 2009-cu il fitnələrindən, prezident seçkilərinə qarşı ən geniş və uzun müddətli etiraz aksiyaları və aksiyaçılara qarşı geniş miqyaslı repressiyalardan sonra başanır.

Həmin mərhələdə imamsızlaşdırma hərəkatı özünün zirvə nöqtəsinə yüksəldi.

2000-ci ilin aprel ayındakı Berlin Konfransı bu azğın, opportunist, sapdırma davranışlarla müşayiət olunan fəaliyyətlərin kulminasiya nöqtəsi oldu. Əkbər Gənci Almaniyanın “Taks Şpiqel” qəzetinə müsahibəsində deyirdi: “Biz İmam Xomeynini demokratiyaya zidd olmayan şəkildə şərh etməyə çalışırıq. Əslində isə İmam Xomeyni artıq yoxdur. Mövcud olan yalnız onun sözləri ilə bağlı təəssüratlarımızdır. Onsuz da bir gün o, muzeyə gedəcək və heç kim ona mane ola bilməz. Bu, tarixi bir təkamüldür. Doktor Şəriəti də ideyalarının bugünkü islahat hərəkatında yeri olmayan və heç bir rol oynamayan Xomeyninin taleyi ilə üzləşib. Amma biz doktoru yaddaşımızda yaxşı saxlayırıq”.

İmamsızlaşdırma ideoloqları: Haşım Ağacəri;

İslahat hökuməti zamanı “İrşad” nazirliyində (mətbuat və informasiya statusunda olan mərkəzi icra hakimiyyəti orqanı)  daxili mətbuatın baş direktoru olmuş İsa Səhərxiz deyirdi: “Bir çox islahatçı   İmam Xomeyniyə  maraq göstərmir”.

Ən maraqlısı isə odur ki, radikal islahatçılar eyni zamanda Xomeynini özününküləşdirməyə çalışır, Xomeynini islahatçı elan edirlər. Məsələn, islahatçı simalardan olan Şahab ​​Bimiqdar İmamın özünün islahatçı olduğunu bəyan etdi!

Keçmiş prezidentin ali rütbəli müşaviri Mahmud Səriülqələm İranın inkişafı üçün “İslam İnqilabının çox məsrəfli  ideoloji və inqilabi ölçülərindən imtina” etməyi açıq şəkildə təklif edir.

Ruhani hökumətində Ekologiya təşkilatının rəisi olmuş İsa Kəlantəri  Xomeynini: “Amerikanın qeyri-qanuni uşağı” adlandırıb. Amma ona layiqli bir cavab verilmədi.

İslahatçı Möhsün Rehami: “Biz islahatçıyıq, İmam kimi inqilabçı deyilik! …Bu gün islahatçı libas geyinən və digər tərəfdən İmamın baxışlarından geri çəkildiklərini qəbul etmək istəməyən bəzi insanlar onun islahatçı İmam olduğunu deyirlər… Halbuki, demək lazımdır ki, biz bir gün inqilabçı olmuşuq və bu günün şərtlərinə uyğun olaraq islahatçı olmuşuq və bu heç də pis hal deyil”.

İmamsızlaşdırma subyektləri:

Məcməe ruhaniyun-e mobarez (Döyüşən Ruhanilər Məclisi) və Qum Seminariyasının Müəllim və Tədqiqatçılar Məclisinin bölücü mövqeyi: onlar gələcəyi qara rəngdə gördüklərini yazırlar. Bununla belə, “İmam minus İmam kursu”, “Nofel Le Şato İmamı”, “Fransa İmamı”, “Cəmərən İmamı”, “Qum İmamı” və “Nəcəf İmamı” kimi açar sözlərini onlar  özləri yaratmışlar.

Son nümunə:

“İranın Qüds xanımı” sənədli filmi. Bu sənədli filmdə İmamın ailəsi həyat yoldaşının ailəsi ilə müqayisə edilir! Və bu bənzətmədə İmamın xanımının ailəsi çox müasir və qabaqcıl, İmamın ailəsi isə kəndli və mürtəce olaraq göstərilmişdir! Film zamanı dəfələrlə vurğulanır ki, İmamın xanımı molla ilə evlənmək və Qumda yaşamaqda maraqlı deyildi!

Şərhlər bağlıdır.