İRANDA MÜƏLLİMLƏRIN ETİRAZI DAVAM EDİR

Mayın 12-si səhər saatlarından başlayan İranın bir çox şəhərində müəllimlərin etirazı geniş yayılıb. Tətillər yeni-yeni şəhərləri əhatə etməkdədir.

Təbriz Turan TV bildirir ki, Təhsil Nazirliyinin şəhərlərdəki bölmələrinin qarşısına toplaşan müəllimlərin əsas şüarı məhbus müəllimlərin azadlığa buraxılmasıdır.

Əllərində plakatlar və məhbus müəllimlərin şəkillərini qaldıran etirazçılar “Müəllimlərin yeri həbsxana deyil”, “Məhbus müəllimlər azad edilməlidir” şüarları səsləndirirlər.

Bundan öncə iranlı müəllimlər maaşların artırılması, bərabər hüquqlarının olması, müəllimlərin təsnifatlandırılması və qanununun tam icrası kimi bir sıra tələblərlə etiraz mitinqləri keçiriblər.

İran Müəllimlər Birliyinin verdiyi məlumata görə, mayın 1-də keçirilən aksiyalar zamanı 70-ə yaxın müəllim saxlanılıb.

VİDEO: https://www.facebook.com/baoazerbaycan/videos/520322572970048/

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.