ERMƏNİ CƏMİYYƏTİ MÜHARİBƏ İSTƏMİR

Koçaryan, Sarkisyan və onların dəstələri çoxdan tarixin arxivinə göndərilib.

Ermənistan son zamanlar ölkədə müxalifət adlanan siyasi qüvvələrin keçirdikləri aksiyalarla beynəlxalq ictimaiyyəti çaş-baş qoymağa cəhd göstərir. İrəvan dünya ictimaiyyətinə Azərbaycanla münasibətlərin normallaşmasına maneələrin olduğunu göstərməyə çalışır. Ancaq mitinqlərin təşkilatçıları, tələblər aksiyaların bütün göstəricilərlə qurama olduğunu deməyə əsas verir. Ermənistandakı etirazlara rəhbərlik edənlər Robert Koçaryan və Serj Sarkisyandır. 

Bir də Nikol Paşinyanın hökumətində Milli Təhlükəsizlik Xidmətinə direktorluq etmiş Artur Vanesyandır. Koçaryan Ermənistanda 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş və sonra onu qorumaq üçün ölkə parlamentində terror təşkil etmiş adamdır. Bu siyasətçi Rusiyanın ən yaxın adamıdır. Həbsdə olarkən Rusiya Prezidenti Vladimir Putin onu doğum günü münasibəti ilə təbrik edərək, “dostum” adlandırmışdı. Ermənistanın talan olunmasında Koçaryan müstəsna rol oynayıb, ona qarşı dövlət əmlakını mənimsəməklə bağlı da cinayət işi açılıb. Koçaryan və Sarkisyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar mənimsəyiblər.

Politoloq Sədrəddin Soltan bildirib ki, Koçaryan-Sarkisyan cütlüyünün Ermənistana etdiyi pisliklərə, törətdikləri cinayətlərə dair çoxsaylı faktlar var. Analitikə görə, onlar erməni “patriotluğu” arxasında gizlənərək dövləti cinayətlər törədiblər: 

“İndi onlar siyasi səhnəyə yenidən gətirilib. Bu qüvvələrin hədəfi nədir? Hakimiyyətdə olduqları illərdə törətdikləri əməllərlə bağlı barələrində açılmış cinayət işlərini ötr-basdır etmək onların başlıca hədəfləridir. Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi bu tip qüvvələrin havadarlarının siyasi və regional maraqlarına uyğun gəlmir. Ona görə hər iki istiqamətdə normallaşma prosesini əngəlləməklə onların da istəyini yerinə yetirmiş olurlar. Koçaryan və Sarkisyan qurulmayan, hələ də formalaşmaqda çətinlikləri olan yarımçıq bir ordu ilə Ermənistanı müharibəyə sürükləməyə çalışırlar. Bu davranışla onlar regionda təhlükəsizliyi təhdid edir, qlobal sabitliyə problem yaradırlar. Lakin müharibədə ölən erməni əsgərlərin anaları yeni müharibə istəmirlər. Onlar ölkədə “etiraz aksiyalarının” keçirilməsinə də qarşı çıxırlar. Ermənistan cəmiyyəti Koçaryanı, Sarkisyanı və onların dəstəsini 2018-ci ildə tarixin arxivinə göndərib. 

Elə olmasaydı, müharibədən sonra 2021-ci il iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar seçkilərdə onlar uğur əldə edərdilər. Keçmiş prezidentlər bir yerdə seçicilərin səsinin heç 30 faizini belə toplaya bilmədi. Bu, onu göstərir ki, koçaryanların cəmiyyətdə nüfuzu yox dərəcəsindədir. Ölkə ictimaiyyəti daha çox sabitliyi, qonşularla əməkdaşlığı, münasibətlərin normallaşmasını istəyir”.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.