KÜR ÇAYI MƏHV OLMAQDAN QURTULUR

Kür çayında sululuğun artması çay qırağı sakinlərinin üzləşdiyi bir çox problemlərin həllinə imkan yaradıb. Ən əsası isə çayın şorlaşma, quruma, canlı aləminin məhv olması kimi ekoloji fəlakətlərin, demək olar ki, qarşısı alınıb. Qeyd edək ki, keçən il havalar ciddi surətdə quraqlıq keçdiyindən Kür çayında suyun səviyyəsi minimum həddən də aşağı düşmüşdü. Çayda axar tamamilə dayanmışdı. Çayın ən çökək yeri olan Xəzərə tökülən hissəsində dəniz sularına qarışaraq geri axmağa başlamışdı. Bu isə Kürqırağı sakinlərinin içməli su problemi yaşamasına gətirib çıxarmışdı. Son günlər havaların qeyri-sabit keçməsi, ölkəmizin ərazisinə intensiv yağışların düşməsi dağ çaylarında olduğu kimi, Kür çayına da öz təsirini göstərib. Mütəxəssislərin fikrincə, bolsululuq dövrü olduğundan çayda suyun səviyyəsinin artımı bundan sonra da davam edəcək.

Azerbaycan-ruznamesi.org-dan: Çayların suyunun aşağı düşməsi Güney Azərbaycanda bəlaya çevrilib. Kəndlər boşalır, əhali sosial etirazlara qalxır. Hökumət isə vaxtında tədbir görmək istəmir. İstəmədikcə də bunun adekvat qarşılığı olan etirazlarla üzləşir. İndi İran Ərəbistanında və Güney Azərbaycanda insanlar əllərini göyə tutaraq yalvarırlar ki, bizə də yağış göndər. Urmu gölümüzü, neçə-neçə çayımızı qurumaqdan qoru.

Şərhlər bağlıdır.