AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN CLUBHOUSE-DƏ SEMİNARDIR
1 XORDAD (22 MAY) QİYAMİ VƏ BU GÜNKÜ SƏRASƏR ETİRAZLAR
22 may (1 xordad 1385) 2006-cı ildə Güney Azərbaycanda, soydaşlarımıza qarşı “İran” qəzeti tərəfindən təhqirlərə etiraz olaraq, Təbriz, Ərdəbil, Urmiyə və Zəncan şəhər və kəndlərində yüz minlərlə insanları əhatə edən möhtəşəm qiyam baş verdi. Qiyamçılar həmin qəzetdə Azərbaycan türklərini tarakana bənzətdikləri üçün, etiraz mitinqlərini “haray-haray mən türkəm” şüarı altında keçirdilər. İran rejiminin əritmə siyasətinə etiraz olaraq böyük əks-səda yarandı. Həmin gün son yüz ildə Pəhləvi və İslami rejiminin Azərbaycan türklərinə qarşı əritmə siyasətinə son qoyulmasını tələb etdilər.
16 il bu möhtəşəm qiyamdan keçsə də, Güney azərbaycanlılar öz kimliklərini və varlıqlarını qoruyub saxlamış və işğalçı rejimin hərtərəfli irqçi siyasətinə qarşı yox demək üçün, 1 xordad gününü azərbaycanlıların etiraz nümayişlərinə çevirmək ənənəsini indiyədək yaşatmaqdadırlar. Eyni zamanda bu günlər İran İslam Respublikasının qeyri-adilanə, bahalıq, infilyasiya törədən iqtisadi siyasətinə qarşı mitinqlər keçirirlər. O cümlədən, ölkənin bir çox şəhərlərində, həmçinin Ərdəbildə bahalığa, qıtlığa, məişət, ərzaq çətinliklərinə qarşı etirazlara çıxırlar.
Azərbaycan Demokrat Firqəsi şənbə günü Clubhouse otağında “Bir xordad qiyamı və bu günkü sərasər etirazlar” adlı konfrans təşkil edəcəkdir. Tədbirdə mövzuya aid professor Mohammad Rəhmanifər çıxış edəcək, həmçinin Azərbaycan Demokrat Firqəsinin məsul şəxsləri tərəfindən, ADF-nin mövqeyi açıqlanacaq, bir sıra sorgu-suallara cavab veriləcəkdir.
Firqə üzvlərimizi, tərəfdarlarımızı və digər arzu edənləri konfransda fəal iştiraka dəvət edirik. Konfransın vaxtı yuxarıdakı anonsda verilib.
Elanı hazırlayan: Beyrək
Şərhlər bağlıdır.