ŞEYX ŞƏHABƏDDİN SÖHRƏVERDİNİN DAĞILAN YURDU

Zəncan əyaləti Söhrəverd Şəhər Şurasının üzvü Mehdi Qaffari şəhərin və ətraf kəndlərinin acınacaqlı durumda olduğunu deyib.

Azerbaycan-ruznamesi.org Təbriz Turan TV-yə istinadən xəbər verir ki, o, bir neçə tarixi şəxsiyyətin, o cümlədən Şeyx Şəhabəddin Söhrəverdinin yurdu olan şəhərin heç bir normal infrastruktura malik olmadığını deyib.

“Şəhərin yeganə əlaqə yolunun uzun illərdir dağılması və məsulların problemin həllinə laqeydliyi hər il çox sayda insanın həyatını itirməsinə, bölgənin ətraf aləmdən təcrid vəziyyətinə düşməsinə səbəb olub”, – deyə Qaffari bildirib.

O, ətraf mədənlərin istismarı üçün ağır yük maşınları və texnikaların yolu dağıtmasına baxmayaraq, bunun təmiri üçün heç bir büdcənin nəzərdə tutulmadığını bölgə əhalisinə qarşı laqeydlik kimi dəyərləndirib.

Şərhlər bağlıdır.