CLUBHOUSE-DƏ İYUNUN 17-DƏ NÖVBƏTİ CANLI SEMİNAR

DİNLƏYİCİLƏR BU SUALA CAVAB AXTARACAQLAR: “NİYƏ FAŞİST PƏHLƏVİ SƏNƏTÇİLƏR FƏAL OLUBLAR ?!”

İranın mütərəqqi ictimaiyyətini bu sual uzun müddətdir ki, qayğılandırır:  “Niyə faşist Pəhləvi sənətçilər fəal olublar?!” Suala cavab almaq istəyənlərdən xahiş edərdik ki, Clubhousenin qapılarını açsınlar, suallarını versinlər, cavablarını eşitsinlər, mövqelərini ortaya qoysunlar.

Canlı bağlantıda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadənin, tanınmış alim və tədqiqatçılardan Səməd Bayramzadənin, Pərviz Kaziminin, Səriyə Ərdəbillinin, İsmayıl Hüseynoğlunun, Abdulla Əmir Haşimi Cavanşirin və başqalarının çıxışı gözlənilir. Bundan başqa fəal ictimaiyyət nümayəndələri də çıxışlara qatılacaq, mövqelərini bildirəcəklər. Admin Rəhim Şahbazinin idarə edəcəyi görüşün Milli Hökumətimizin Himni ilə başlayacağı, Azərbaycan Respublikasının Dövlət Himni ilə bitəcəyi gözlənilir.

Məruzəçi, ADF-nin Beynəlxalq əlaqələr məsulu Abdulla Əmir Haşimi Cavanşirin auditoriyaya təqdim etdiyi məruzə müzakirə obyekti olacaqdır. Tədbir Təbriz vaxtı ilə 19:30-da, Bakı vaxtı ilə isə 20:00-da başlanacaqdır. Bundan başqa Ankaralı dinləyicilər saat 19:00-da, Avropada yaşayanlar isə saat 18:00-da iştirakçılar sırasına qoşula bilərlər. Hamını verilişin iştirakçısı olmağa səsləyirik.

Azərbaycan Demokrat Firqəsinin orqanı olan azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.