İRANDA AİLƏNİN 5 ÜZVÜ ÖZÜNÜ ASIB

İranın İsfahan əyalətinin Nəcəfabad şəhərində bir ailənin 5 üzvü özünü asaraq öldürüb.

Bu barədə İsfahan əyaləti məhkəməsinin başçısı höccətülislam Əsədullah Cəfəri bildirib. Onun sözlərinə görə, polis zabitləri bir ailənin 5 üzvünü asılmış vəziyyətdə aşkarlayıblar: “Meyitlərin fiziki vəziyyəti hadisənin bir neçə gün əvvəl olduğunu deməyə əsas verir”.

Meyitlər məhkəmə-tibbi ekspertizada müayinə olunur. Hadisə ilə bağlı araşdırma aparılır.

Azerbaycan-ruznamesi.org

 

Şərhlər bağlıdır.