Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.
Azerbaycan-ruznamesi.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
“Ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının statusu ilə bağlı bəzi maddələrə dəyişiklik edilməsi haqqında təkliflərin gündəmə gəlməsindən sonra 1-2 iyul tarixlərində Nukusda qanunsuz nümayişlər keçirilib. Qanunsuz aksiyalarda konstitusiya quruluşunu devirməyə cəhd ittihamı ilə 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında qanunsuz nümayişi təşkil edənlər – Dövlətmurad Tacimuradov və Əzəmət Turdanov da var.
Hazırda sözügedən hadisələrlə bağlı ilkin araşdırmalara başlanılıb”, – məlumatda bildirilib.
Şərhlər bağlıdır.