İRANDA POLİS ZORAKILIĞINA ETİRAZ EDƏN MƏŞHUR REJİSSORLAR HƏBS EDİLİB

İranda sosial şəbəkə hesabında polis zorakılığına etirazla bağlı bəyanat yerləşdirən məşhur rejissor, 70-ci Kann Beynəlxalq Film Festivalının “Xüsusi baxış” mükafatını almış Məhəmməd Rəsulof və onun həmkarı Mustafa Əl-Əhməd polis tərəfindən həbs ediliblər.

Bu barədə Azerbaycan-ruznamesi.org “The Variety”ə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Məhəmməd Rəsulof bir il müddətinə həbs cəzası alıb. Rejissorun nümayəndəsi qeyd edib ki, Rəsulof təkadamlıq kamerada saxlanılır. O, həmçinin adətən iranlı siyasi məhbusların saxlandığı Tehranın Evin həbsxanasında dindirilir.

Rejissorlar may ayında Abadan şəhərində 41 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra İran polisini silahları yerə qoymağa çağırış etdikləri üçün saxlanılıblar.

Şərhlər bağlıdır.