CLUBHOUSEDƏ NÖVBƏTİ SEMİNARIN MÖVZUSU:

İRANDA BAŞ VERƏN OLAYLAR VƏ NEQATİV NƏTİCƏLƏRİ GÜNEY AZƏRBAYCANDA

İyul ayının 15-də Cluhouse vasitəsilə Azərbaycan Demokrat Firqəsinin Təbriz vaxtı ilə saat 20:30-da növbəti canlı seminarı keçirildi. Seminarın çıxışçısı, siyasi şərhçi və politoloq Sədrəddin Sultanlı idi. “İranda baş verən olaylar və neqativ nəticələri Güney Azərbaycanda” mövzusunda çıxış etdi və suallara cavab verdi. Çıxış 1 saat çəkdi.

Öncə Səriyyə xanım Ərdəbilli, məruzəçimizin bioqrafiyasından danışdı. Sədrəddin müəlimin elmi və çox səmərəli işləri, gözəl yazı, müxtəlif hadisələrə nisbətdə dəyərli siyasi şərhləri, məqalələri, keçdiyi mübarizə və partiya fəaliyyətinə, elmi araşdırmalara, diplomatiya sahəsində tutduğu mövqelərə dair qısa məlumat verdi.

Otaqda Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə, ADF-nin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir, Firqənin Mərkəzi Komitəsinin üzvü Səməd Bayramzadə, MK üzvü Səriyyə xanım Ərdəbilli, Azərbaycan Demokrat Firqəsinin Amerika komitəsinin məsulu Rəhim Şahbazi, Azərbaycan Demokrat Firqəsinin üzvü İsmayıl Xosrovşahi və bir çox ustadlar, milli siyasi fəallar iştirak edirdilər.

Tədbir Azərbaycan Milli Hökumətinin himni ilə başlandı. Sonra məruzəçi Sədrəddin müəllim, mövzu haqqında ətraflı çıxış etdi. Politoloq faktlara əsaslanaraq, İranda, siyasi, mədəni, iqtisadi olaylarları nəzərdən keçirtdi. O, İran İslam Respublikasının daxili və xarici siyasətinə işarə edərək, bir sıra uğursuzluqları qabartdı. İran İslam Respublikasının nüvə silahı əldə etmək üçün fəaliyyəti, dünya ölkələri ilə münasibətləri, bu münasibətləri tənzimləyə bilməməsini xüsusii xatırtlatdı.

Sədrəddin müəllim qeyd etdi ki, bu uğursuz xarici siyasətin nəticəsi, İranı Qərb ölkələrinin sanksiyası ilə üzləşdirmiş, nəticədə ən böyük əziyyəti çəkən İranda yaşayan xalqlar olublar. Belə ki, bu gün əhali məişət problemləri, işsizlik, bahalıq, korrupsiya ilə əlabəyaxa olaraq, çətin həyatla üzbəüz dayanıblar. İran İslam Respublikasının daxili səhv siyasəti nəticəsində, ekoloji sistemin pozulması, bu sahədə gərgin böhranın üzə çıxmasıdır. Belə ki, əhali hərtərəfli bu gün su qıtlığı ilə üzləşib, Cənubi Azərbaycanın Urmu gölünün quruması təhlükəsi yaranıb. O dedi: əgər İran İslam Respublikası lazımi tədbirlər görməsə, məntəqəni ciddi təhlükə gözləyir. Urmu gölü quruduqda duz tozu tufanları, bütün məntəqəni əhati edib, 10 milyonlarla insanın yaşayış şəraitini məhv etmək təhlükəsi yaradıb. Onların yurd-yuvalarından köçürülməsinə səbəb olacaq.

Sədrəddin müəllim İran-ABŞ əlaqələrinə toxunaraq, gərginliyin gündən-günə artmasını, regionun yeni müharibələrlə qarşı-qarşıya gələcəyini qeyd etdi. Eyni zamanda İran, Rusiya və Çin münasibtıərinə də toxundu.

Otaqda bir çox fikir sahibləri, o cümlədən, tarixçi-alim Səməd Bayramzadə mövzu haqqında fikirlərini bildirərək, Urmu gölünün qurudulması və İran İslam Respublikasının bu barədə son 20 ildə tədbir görməməsini, bu işlərin effektsizliyindən söhbət açdı.

İştirakçılar tərəfindən çoxlu suallar verilən Sədrddin müəllim yekun çıxışnda bunları ətraflı cavablandırdı. Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir üç saatdan artıq davam edən konfransın yekun sözündə məruzəçini dolğun, hərtərəfli çıxışa görə təbrik etdi. Güney Azərbaycanda əhalinin Urmu gölünün qurudulması və İran İslam Respublikasının Milli Məclisi, dövlət orqanları və yerli nümayəndələrinin etinasız yanaşmalarını tənqid etdi. O, Azərbaycan xalqına qarşı, keçmişdən bu günə qədər qeyri-insani, mədəni qətliamları mərkəzi hökumətlər tərəfindən təşkil olunmasının və davamlı surətdə bu gün, üçüncü ekosistem böhranı ilə Urmu ğölünün qurudulmasını, Azərbaycan millətinə qarşı coğrafi genosidi və başqa sözlə ekoloji genosid kimi xəbərdarlıq etdi.

Azərbaycan Demokrat Firqəsinin məsulu millətimizə xitabən, onları ayıq-sayıq olmağa, böhranın qarşısını almaq üçün milli iradəni ortaya qoymağa dəvət etdi. O, qarşıda gələn həftəni, Urmu gölünün qurudulmasına etiraz həftəsi elan etdi, millətimizin haqq səsini daha da ucaltmağa və fəryadlarını ölkə daxilindən beynləxalq təşkilatlra çatdırmağı rica etdi. Cavanşir Abdulla Əmir Haşimi İran İslam Respublikasının məsullarını qınayaraq, bu sahədə hər hansı qarşıdurmanın məsuliyyətinin İran rejiminin üzərinə düşəcəyini qeyd etdi.

Konfrans Rəhim Şəhbazinin Azərbaycanın Dövlət Himninin ifası ilə başa çatdı.

Reportu hazırlayan: Beyrək

Şərhlər bağlıdır.