İRANIN BİR NEÇƏ ŞƏHƏRİNDƏ ETİRAZLAR

Azerbaycan-ruznamesi.org APA-nın Tehran bürosuna istinadən xəbər verir ki, Məşhəd, Ərak, Şuş, Rəşt, Ərdəbil və bir neçə digər şəhərdə təqaüdçülər etiraz aksiyası keçirib.

Onlar çətin dolanışıq vəziyyətinə və tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.

Etirazçıların tələbləri arasında maaşların artırılması, maaşların bərabərləşdirilməsi planının tam yerinə yetirilməsi və aylıq pensiyanın verilməsi yer alıb.

Şərhlər bağlıdır.