Sosial şəbəkədə bəziləri Səfəvilər dövlətinə qarşı düşmən mövqeyi sərgiləyir. Bu adamlara bəzi məqamları xatırladıram.
- Azərbaycan tarixində Səfəvilər qədər Şah İsmayıldan üzü bəri türk dilinə önəm verən ikinci dövlət olmayıb.
- Səfəvi hökmdarları dövlət idarəçiliyində qədim türk dövlətçilik ənənələrinə üstünlük veriblər.
- Hökmdarların çoxu anası türk olan xatunlarla evlənib və onlardan dünyaya gələn övladlarını taxta çıxarıblar.
- Avropa səyyahlarının yazdıqlarından da bəllidir ki, sarayda daha çox işlədilən əsas dil türk dili olub.
- Bəylərbəyliklərin içində ən çox diqqət göstərilən vilayət Azərbaycan vilayəti olub.
- Hökmdarların içində Şah İsmayıl qədər heç bir hökmdar türkcə şeir yazmayıb.Hətta heca vəznində ilk şeir yazan hökmdar olaraq adı tarixdə keçir.
- Dövlətin rəsmi adı “Dövləti qızılbaşiyyədi” Qızılbaş ifadəsi həmin dönəmdə ancaq türklər üçün işlədilib.
- Orduda aparıcı qüvvəsi ancaq türklər idi.
Elmar Həsənli,
tarixçi
Şərhlər bağlıdır.