ŞUŞADA OLMUŞ İSVEÇLİ DIASPOR RƏHBƏRİ DÖVLƏT KOMİTƏSİNƏ YAZILI TƏŞƏKKÜRÜNÜ BİLDİRİB

İsveçdə Azərbaycan diasporunun fəal üzvlərindən olan Abdulla Əmir Haşimi Cavanşir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova məktub göndərib.

O, iyulun 26-da diaspor nümayəndələrinin Şuşa şəhərinə beşinci səfərinin təşkilinə görə Komitə sədrinə təşəkkürünü bildirib: “Fuad müəllim başda olmaqla Komitənin bütün kollektivinə, bizi müşayiət edən əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimi yol-yoldaşı olduq, Sizə cansağlığı arzulayıram”.

Diaspor fəalı səfər təəssüratlarını da bölüşüb: “Bizi xüsusilə də Füzuli və Şuşamızda vəhşi düşmənin vandalizmi və dağıntıları ilə yaxından tanış etdilər. İndi bizim borcumuz müşahidələrimizi, gördüklərimizi, təəssüratlarımızı şəkillərlə digər xalq və dövlətlərin KİV-nə çatdırmaqla, düşmənin nə qədər qəddar və bizə qarşı qeyri-insani olduğunu yenidən göstərək. Bununla da bu tədbir üçün əziyyət çəkmiş əzizlərimizin zəhmətlərinin qarşılığını müəyyən qədər vermiş olarıq. Bu qürurlu zəfəri bizə yaşadan Ali Baş Komandan, cənab Prezident İlham Əliyev başda olmaqla ordumuza, qazilərimizə can-sağlığı və güc arzu edirəm. Şəhidlərimizin ruhu şad olsun deyə, onların yolunu davam etdirəcəyimizə Şuşada birlikdə söz verdiyimizi bildirirəm”.

Şərhlər bağlıdır.