İRAN NÜVƏ PROQRAMINA DAİR TƏKLİFLƏRİNİ TƏQDİM EDİB

İran nüvə proqramına dair Vyana danışıqlarının tezliklə nəticə verməsi üçün təkliflərini təqdim edib.

Azerbaycan-ruznamesi.org APA-nın Tehran bürosuna istinadən məlumat verir ki, bunu İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Tehranın nüvə müzakirələrində nümayəndə heyətinin rəhbəri Əli Baqiri deyib.

Əli Baqiri bildirib ki, İran ABŞ-a xoşməramlılığını və məsuliyyətli olduğunu nümayiş etdirmək üçün daha bir fürsət verib: “Bunun üçün Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə tərəfdaşlarımızla, xüsusən də koordinatorla sıx əməkdaşlıq edirik”.

Şərhlər bağlıdır.