NURİ PAŞA BİR FAYTON QIZILA AZƏRBAYCANI AZAD EDİB DƏYƏNLƏR ÜÇÜN…

1918 -ci ildə Bakı daşnak və bolşeviklərin işğalı altında idi. Milyonçu Tağıyev deyirdi ki, kim Bakını azad etsə övrətimin yaşadığı evin açarlarını ona bağışlayacam. Beləliklə, 1918-ci il sentyabrın 15-ində, saat 9-da Bakı azad olunur. Bakının azad olunmasında Nuri paşanın xidmətləri sonsuzdu. Və, Tağıyev bu şərəfə Göy Məsciddə qurbanlar kəsdirir. Nuri paşaya açarları təqdim edir. Amma paşa açarları qəbul etmir. Bunu qardaşlıq borcu adlandırır.

P.S. Bəzi iranbaşlılar, rusbaşlılar bir həqiqəti dərk eləsin ki, Bakı azad edilməsəydi bu gün Azərbaycan adlı məmləkətin varlığı da, olmayacaqdı. Və ya Nuri paşa qızıl üçün Azərbaycanı xilas etsəydi Tağıyevdən də, açarları götürərdi.

Elmar Həsənli,
tarixçi

Şərhlər bağlıdır.