MİSİR KİLSƏSİNDƏ YANĞIN: AZI 41 NƏFƏR ÖLÜB 

Misirin paytaxtı Qahirənin Giza rayonunda Əbu Səfein qibti kilsəsində güclü yanğın olub, nəticədə azı 41 nəfər ölüb, 14 yaralı var.

Azerbaycan-ruznamesi.org yerli KİV-ə istinadən bildirir ki, faciə kilsədə ayin zamanı baş verib. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi yanğında həlak olanların ailələrinə başsağlığı verib, bu insidenti ağır faciə adlandırıb.

Misirin Baş Prokurorluğu insidentlə bağlı təhqiqat aparır.

Şərhlər bağlıdır.