MƏŞRUTƏ ARMANLARINDAN URMU GÖLÜNÜN FACİƏSİNƏ QƏDƏR

Şənbə günü 13 avqust 2022-ci ildə Təbriz vaxtı ilə saat 20-30-da “Məşrutə armanlarından Urmu gölünün faciəsinə qədər” mövzusunda Clubhouse vasitəsilə Azərbaycan Demokrrat Firqəsi tərəfindən konfrans keçirildi. Çıxışçı doktor Kərim Bağban idi. Otaq Azərbaycan Demokrat Firqəsinin sədri Rəhim Hüseynzadə və Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir, ADF MK üzvləri, Pərviz Kazımi, Səriyyə xanım Ərdəbilli və başqa firqə üzvləri ilə təşkil tapdı. Seminarın aparıcısı Firqənin ABŞ komitəsinin məsulu Rəhim Şəhbazi idi.

Öncə Azərbaycan Milli Hökumətinin himni İsmayıl müəllim vasitəsilə oxundu. Səriyyə xanım doktor Bağbanın qısa bioqrafiyasın və tədqiqat əsərləri barədə otaq iştirakçılarını məlumatlandırdı. Doktor Bağban bir saatlıq çıxışında Məşrutə hərəkatının zəmini barədə və Nəsrəddin şah Qacarın 50 il padşahlıq dövründə ölkədə iqtisadi, siyasi və mədəni dəyişikliyə yaratdığı şəraitdən söhbət açdı. O, ölkənin modern həyata hazırlanması barədə otaq iştirakçılarına məlumat verdi. Həmçinin bu dövrdə maarifləndirmək üçün, Mirzə Fətəli Axundov, Əbdül Rəhim bəy Talıbov, Cəlil Məmmədqulzadə, Mirzə Ələkbər Sabir və baqşalarının xidmətlərindən danışdı. Məruzəçi 14 mordad 1285-ci (5 avqust 1905-ci) ildə Müzəffərəddin şah tərəfindən Məşrutə fərmanının imzalandığını qeyd etdi. Çıxışının sonunda Milli Məclisin qurulduğunu, ədalətxananın açıldığını və Nazirlər Şurasının yarandığını qeyd etdi.

Doktor Bağban, ölkədə islahatın qanun çərçivəsində fəaliyyətə başlandığını, müstəmləkəçi Çar Rusiyası və İngiltərə dövlətinə xoş gəlməyərək, ölkədə totiələr qurmağa başlanmasını xüsusi xatırlatdı. Leyaxof və Şapşalılar vasitəsilə stimullaşan Məhəmmədəli şah, Məşrutə əleyhinə hərəkətə keçməsi, onun məclisi topa bağlaması, Məşrutə tərəfdarlarını işgəncələrə məruz qoyub, edamlara məhkum edilməsi barədə məruzəsində vurğuladı. Doktor Bağban çıxının ardında Məşrutə hərəkatının devrilməsinin qarşsını almaq üçün Səttar xan, Baqır xan, Heydər xan Əmioğlunun sərkərdəliyi ilə, Azərbaycanın göstərdiyi müqavimətdən söhbət açdı.

Nəhayət rusların Azərbaycana hucumu və məşrutəçilərin edamı, Səttar xana sui-qəsd, istibdad tərəfdarları tərəfindən Məşrutənin zəifləşməsini doktor Bağban çıxışlarında xüsusi qeyd etdi. O, xatırlatdı ki, ruslar Məşrutəni yıxmaqla, ingilisər Qacar imperatorluğuna qarşı farsları təşkilatlandırmaqla, 1299-cu ildə Rza xanın çevriılişinə gətirib çıxartdı.

Doktor Bağban Şeyx Məhəmməd Xiyabaninin səylərinin, Məşrutə inqilabının dirçəlməsinə yönəldiyini bəyan etdi. Lakin Xiyabaninin xarici və daxili irticanın qurbanı olduğunu xüsusi göstərdi. Məşrutə armanlarına xəyanət edən Pəhləvi rejimi, 20 il diktatorluqla davam etsə də, İkinci Dnüya Müharibəsində süquta uğradı. Yaranan şəraitdən Seyid Cəfər Pişəvəri görkəmli tarixi şəxsiyyət kimi, Azərbaycan Milli Hökumətini yaratdı. Doktor Bağban Milli Hökumətin hərtərəfli, Azərbaycanın abadlaşmasında, tərəqqi və demokratlaşmasında, görülən işlərdən danışdı.

Alim xatırlatdı ki, imperyalist məmləkətlər, daxili irtica ilə birləşərək Milli Hökuməti qanda boğdu. Milli Hökumət süqut etsə də, onun amacları, Məşrutənin armanları, xalqların yaddaşında 1979 –cu il inqilabının meydana gətirən səbəblərindən biri idi.

Doktor Bağban təkid etdi ki, həmin inqilabın amacları təəssüflər olsun ki, bu günə qədər kağız üstə qalıb. Beləki, vaxtı ilə Azərbaycana qarşı insani, mədəni, genosid Mərkəzi Hökumət tərəfindən tətbiq edilmişdi. İndi isə, Mərkəzi Hökumətin ləyaqətsizliyi ilə, bəzən də qəsdən fəaliyyətsizliyi, Urmu gölünün qurudulmasına gətirib çıxardıb. Bu da növbəti olaraq, Azərbaycana qarşı ekosistemin genosidi demək olar. Doktor Bağban faktlara əsaslanaraq, Urmu gölünün bərpası uğrunda Mərkəzi hökumətin son 20 ildə ehmalkarlığı və azərbaycanlıların səsini eşitməməsini xüsusi qeyd etdi.

Çıxışdan sonra otaq iştirakçıları Məşrutə hərəkatı barədə doktor Turabidən gözəl bir şeir dinlçəyərək, müxtəlif istiqamətdə komentlərin səsləndirdilər. Otaqda hazır olan ustadlar, alimlər və politoloqlar çox dəyərli fikirlər, həm Urmu gölünün qurudulması, həm də onun bərpası yolları, həm də azərbaycanlıların son 115 ildə enişli-yoxuşlu siyasi, mədəni, iqtisadi hadisələri barədə fikir söylədilər. Yekun sözü Azərbaycan Demokrat Firqəsinin Beynəlxalq Əlaqələr məsulu Abdulla Əmir Haşımi Cavanşir bəyan etdi. O, doktor Bağbanın dolğun və hərtərəfli çxışını təbrik edərək, Azərbaycan Demokrat Firqəsinin mövqeyini, son müasir tarixini siyasi, mədəni, iqtisadi hadisələrini qısaca açıqladı.

Abdulla Əmir Haşimi Cavanşir, Məşrutə armanlarının Azərbaycan Demokrat Firəqsinin məramlarında, məsləklərində yaşadığını, bu yolda minllərlə insanı qurban verdiyini qeyd etdi. Bu müqəddəs yolu, son mənzilədək aparıcı və bacaraqlı qüvvə olduğunu xüsusi bildirdi. O dedi ki, Azərbaycan Demokrat Firqəsi, Azərbaycanda milli eitimin bərpasını, milli qurtuluş mücadiləsini, Vətənin abadlaşmasını, millətin firavan yaşamasını, bir sözlə azadlıq, ədalət və Milli Hökumətin bərpasının zərurətini xatırlatdı.

Urmu gölünün Mərkəzi Hökumət tərəfindən ayrıseçkilik siyasəti əsasında qurudulması, təkcə azərbaycanlılara qarşı yox, bəlkə də, bəşəriyyətə qarşı rejim tərəfindən bir cinayət olduğunu bəyan etdi.

Beş saatlıq davam edən konfrans, doktor Bağbanın otaq iştirakçıları tərəfindən verilən sulları cavablandırmaqla sona çatdı. Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə bitdi.

Beyrək

Şərhlər bağlıdır.