Azerbaycan-ruznamesi.org Azad İran-a istinadən xəbər verir ki, İran parlamentinin keçmiş sədr müavini bəyan edib ki, ölkənin əlavə nüvə fəaliyyətləri xalqın üzərinə yüz minlərlə milyardlarla tümən lazımsız yük və çətinlik salıb, ölkənin tərəqqisinə mane olub.
Məsləhət Şurasının üzvü Əli Mutəhhəri bu gün öz Tvitter hesabında yazıb: “Biz özümüzü elə aparmışıq ki, inqilab sentrifuqa ilə sinonimləşib və öz əsas ideallarını unudub. Təbii ki, bu gün hakimiyyət rəsmilərinin təhlükəsizlik təminatı məsələlərinə zəmanət vermək, yoxlamaq və başa çatdırmaqla bağlı təkidləri məqsədəuyğun və zəruridir, lakin biz əsla bu nöqtəyə gəlməməli idik”.
Mənbə: https://bit.ly/3R982Fe
Şərhlər bağlıdır.