“ANONYMOUS”: TEHRAN ŞƏHƏRİNİN KÜÇƏ VƏ PROSPEKTLƏRNDƏKİ 407 NƏZARƏT KAMERASINA KİBERMÜDAXİLƏ EDİLİB

“Anonymous” haker qrupu bildirib ki, İrandakı xalq etirazlarına dəstək məqsədilə Tehrandakı yüzlərlə kameraya kibermüdaxilə edib və kameraların fəaliyətini dayandırıb.

Sözügedən haker qrupu İrandakı etirazlar başlanandan bəri hökumət orqanlarının, o cümlədən, Neft, İqtisadiyyat, Maliyyə və Mədəniyyət Nazirliyin də internet saytlarını dağıdıb.

Bu gün isə həmin qrup bildirib ki, etiraz aksiyalarında azadlıq tələb edən xalqa qarşı repressiyalara kömək üçün istifadə olunan Tehran şəhəri boyunca nəzarət kameralarına kibermüdaxilə edib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.