YANACAQDOLDURMA MƏNTƏQƏSİNDƏ HADİSƏDƏN 4 NƏFƏR ÖLÜB

İranın Sistan və Bəluçistan əyalətində Bampur yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Pejo Pars” markalı avtomobil yanacaq çənini doldurarkən yaranan qığılcım nəticəsində alovlanıb və bu yanğın “Prayd” markalı avtomobilə keçib.

“Prayd”-ın sürücüsü xilas edilsə də, avtomobildə olan 4 sərnişin həyatını itirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.