İRANLI GENERALDAN AZƏRBAYCANA QARŞI HƏDƏ VƏ BÖHTAN:

“BAKI İRANA QARŞI FİTNƏNİN MƏRKƏZİDİR”

İran mətbuat orqanlarına istinadən edən Azerbaycan-ruznamesi.org bildirir ki, özünü beynəlxalq məsələlər üzrə “siyasi şərhçi” kimi qələmə verən SEPAH generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü Mənsur Həqiqətpur “Arman Daily” saytına müsahibəsində Azərbaycan əleyhinə kəskin fikirlər və təhdidlər səsləndirib.

O, hədələyici tonda cəfəng fikirlər bildirib: “Əgər Azərbaycan öz davranışına davam edərsə və regionda oyun qaydalarını pozmaq və İranın maraqlarına xələl gətirmək və ərazi bütövlüyünü təhdid etmək istəyərsə, İran da müvafiq addım atmalıdır.

Azərbaycan hakimiyyəti Ermənistan və İranın sərhəd xətləri ilə bağlı iddialar səsləndirdikdən sonra İran rəsmiləri də bu ölkənin addımlarına diplomatiya və təbii ki, hərbi təlimlər keçirməklə reaksiya vermək qərarına gəldi. İranla Azərbaycan arasındakı fikir ayrılıqları təkcə bu son həftələrə və Qarabağla bağlı münaqişəyə və s…. qayıtmır. Əslində isə, bu qarşıdurmaların və təhdidlərin tarixini Sovet İttifaqının dağıldığı və NATO-nun İsrail ilə birlikdə Cənubi Qafqaz regionuna soxulmağa qərar verdiyi gündən hesab etmək lazımdır.

Tədricən, iqtisadi və hərbi əlaqələrin genişlənməsi və israillilər, həm də amerikalılar tərəfindən konkret hərbi planların müəyyən edilməsi ilə, deməliyik ki, İranın bu şimal qonşusu hazırda adıçəkilən qüvvələrin tam nəzarətində olan ölkələrdən birinə çevrilib…”.

Şərhlər bağlıdır.