MEHABADDA MÜLKİ ƏHALİYƏ ATƏŞ AÇILIB

11 NƏFƏR ÖLÜB

İranın hökumət qüvvələri Mehabad şəhərində mülki əhaliyə atəş açıblar.

İrandakı mənbələrdən əldə etdiyimiz məlumata görə, hökumət qüvvələrinin hücumu nəticəsində 11 nəfər ölüb.

Millət vəkili Cəlal Mahmudzadə İranın yerli “ Etimad” qəzetinə açıqlamasında bildirib ki, hökumət qüvvələri nəinki aksiyada iştirakçılarına, həmçinin evlərə də atəş açıblar: “Bunun nəticəsində evdə olan, heç bir etiraz aksiyasına qoşulmayan mülkilər də həlak olub”.

Hazırda Cavanrud, Üşnəviyə, Sərdəşt, Bukan yaşayış məntəqələrində də hökumət qüvvələrinin yerli əhaliyə hücumu nəticəsində ölən və yaralananlar var.

Mehabad qədim türk şəhəridir, onun tarixi adı Soyuq Bulaq olub. İranın həyata keçirdiyi farslaşdırma siyasəti nəticəsində şəhərin adı dəyişdirilərək, Mehabad adlandırılıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.