VİDADİ MUSTAFAYEV:

VİLAYƏTİNİN AVAMFƏRİBLİYİ

Rəhbərin Xarici siyasət üzrə MÜŞAVİRİ özünü bilməməzliyə vuraraq  Şimali və Cənubi Azərbaycana və azərbaycanlılara/AZƏRİLƏRƏ guya xoş sözlər deyərək, yeni sloqan deyir: “Bütün azərilər iranlı, bütün iranlılar azəridirlər”.

Bu hiyləgər fars millətçisi utanmadan bütün azərilərin adından danışaraq, kor gözləri ilə Azərbaycan Respublikasının varlığını görmür və bütün  azərbaycanlıları iranlı elan edərək Şimali azərbaycanlılara qarşı  kimlik iddiası ilə çıxış edib,    başından yekə qələt edir. İkincisi, bu siyasi elmlər professoru   guya etnik və siyasi/vətəndaşlıq kimlikləri arasında fərqi bilmir.

Cənubi azərbaycanlılar bu gün İran vətəndaşı olaraq iranlıdırlar, burada vətəndaşlıq kimliyi ön plana çıxır, əsas fərqləndirici əlamətdir, lakin etnik baxımdan İran xalqlarının  öz kimlikləri var, bu zaman etnik dil, mədəniyyət və digər fərqləndirici  əlamətlər ön plana çıxır. Azərbaycanlıların etnik kimliyinin əsasını   etnik  dil, etnik/milli şüur, mədəniyyət və s. təşkil edir.

Vilayəti iranlı deyəndə digər millətçilər kimi farsları nəzərdə tutur.

Bu halda azərilərin özlərini fars və farsların özlərini azəri hesab edib-etməyəcəyi haqqında bir söz deyə bilməsək də Vilayətiyə bir təklifimiz var. Qoy cəmi bir il azərilər status baxımından iranlı/fars rolunu yerinə yetirsinlər. Yəni İran cəmiyyətinə rəhbərlik etsinlər və Azərbaycan dili dövlət dili olsun. Əgər farslar bunu qəbul edib qayda və ənənə halına salınmasına razı olsalar, onda deyə bilərik ki, azərilər iranlı/fars, farslar isə azəri/iranlıdırlar.

Görək Vilayəti buna razı ola bilərmi. Belə olsa, onda azərilər və farslar bərabər hüquqlu və statuslu etnik birliklər kimi bütün İranı idarə və  təmsil edə bilərlər.

Şərhlər bağlıdır.