İRANIN RƏSMİ QƏZETİNDƏN AZƏRBAYCANA QARŞI NÖVBƏTİ TƏXRİBAT

İran hökumətinin rəsmi qəzeti olan “Iran Newspaper” növbəti dəfə təxribat xarakterli yazı ilə çıxış edərək, Azərbaycanı “Bakı Respublikası” adlandırıb.

Məqalə müəllifləri Azərbaycanın irəli sürdüyü “Pəhləvanlıq, ənənəvi oyunlar” zorxana “və idman” nominasiyasının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən narazıdırlar.

Yeri gəlmişkən, bu, adıçəkilən qəzetin Azərbaycan xalqının narazılığına səbəb olan ilk yazısı deyil. 2006-cı ildə bir qəzet tərəfindən Azərbaycan dilini ələ salan karikatura İran şəhərlərində kütləvi nümayişlərə səbəb olmuşdu.

Nazim

Şərhlər bağlıdır.