Beynəlxaq Qarabağ Forumu (BQF) 2023-cü ilin may ayında Türkiyənin İğdır şəhərində keçirilməsi nəzərdə tutulan 22-ci “Qarabağ dünən, bu gün və sabah” elmi-praktiki beynəlxalq konfransın hazırlıqlarına start verib. Bu məqsədlə konfrans haqqında məlumat və konfransın qaydalarına dair təlimat təqdim edilib.
Bu barədə BQF-nin mətbuat və informasiya xidmətindən bildiriblər.
Bildirilir ki, BQF-nin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü il may ayının 25-i Türkiyənin İğdır şəhərində “Qarabağ dünən, bu gün və sabah” mövzusunda növbəti XXII elmi-praktiki beynəlxalq konfrans keçiriləcək. Konfransda Qarabağ və qonşu regionların tarixi, mədəniyyəti, Vətən müharibəsində qazanılan qələbənin siyasi, iqtisadi, hüquqi, hərbi, aspektləri, qaçqın və məcburi köçkünlərin vəziyyəti, yeni şəraitdə ortaya çıxan problemlər və s. məsələlər müzakirə olunacaq.
Məqalə və tezislər 2023-cü il aprel ayının 24-dək təqdim edilməlidir.
Mətnlər Ms Word proqramında A4 formatda, kənardan məsafələr – soldan 3 sm., sağdan 1.5 sm., yuxarı və aşağı 2 sm., Calibri şriftilə, hərflərin ölçüsü 12 punkt, sətirarası interval – 1,15 olmaqla hazırlanmalıdır.
Mətnlərin MS Word və PDF formatda qarabagforum@gmail.com, qat_a_n@yahoo.com, kila50@mail.ru elektron poçt ünvanlarına göndərilməsi xahiş olunur.
Məruzələrin nəşri və İnternet resurslarında yerləşdirilməsi nəzərdə tutulur.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.