İRANLILARIN GENİŞ MİQYASLI ETİRAZ AKSİYALARI

İSLAM RESPUBLİKASININ SÜQUTUNA SƏBƏB OLACAQMI?

Miçiqan Universitetinin sosiologiya üzrə professoru Rich Carrefour:

“Avropa və Amerikanın mövqeyi və İsrailin susması onların İranda hakimiyyəti dəyişmək istəmədiklərinə işarədir!

Əgər bir gün İslam Respublikası sistemi dəyişəcəksə, İslam Respublikası sistemini əvəz edəcək rejim dini rejim olmayacaq. Çünki camaat dindən o qədər bezib ki, yüz il də dini hökumətə qayıtmayacaq.

Şübhəsiz ki, sonrakı rejimdə millətçilik meyli olacaq və həmin siyasətin əsasını bütün insanların milli maraqları təşkil edəcək. Qərb İranda milli maraqların qorunmasına əsaslanan hökumətin qurulmasından çox narahatdır və dinindən asılı olmayaraq bütün bacarıqlı incanların iştirak edə biləcəyi bir hökumət istəmir.

İranda milli maraqların ideoloji və dini qarşıdurmalarda hədər yerə sərf olunmayacağı bir hakimiyyət qurularsa, parlaq elmi istedadların və sərmayələrin Qərb ölkələrinə miqrasiya selinin geri qaytarılması baş verəcək.

Düşmən və rəqib ölkələr güclü İranla qarşılaşmağı sevmirlər. Ona görə də onlar İranda mövcud olan reqressiv və korrupsioner hökumətlə əyri və yoluxucu bir şəkildə rəftar etməyə üstünlük verirlər ki, o, mövcudluğunu davam etdirsin və ondan faydalana bilsinlər.

Belə olan halda ABŞ son 43 ildə olduğu kimi İranın ideoloji hakimiyyətini bəhanə edərək Yaxın Şərqdəki maraqlarından istifadə etməyə davam edəcək.

İsrail Fələstin torpaqlarını işğal etməsinə baxmayaraq, İslam Respublikası sistemi tərəfindən törədiləbiləcək təhlükəni bəhanə edərək ərəb və müsəlman ölkələri ilə dostluq paktı bağlayıb və ərəb ölkələri də İran İslam Respublikası sistemini özləri üçün İsraildən daha qorxulu düşmən hesab edirlər.

Səriştəsiz və savadsız məmurların ucbatından qısa bir zaman kəsiyində infrastrukturu dağılan, asanlıqla və istənilən vaxt sanksiyalara məruz qala bilən, radikal qüvvələrin onu bombalaya və ya məhv edə biləcəyi zəif İran, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, milli istedadlara əsaslanan güclü İrandan onların hamısı üçün daha yaxşıdır.

Bununla belə İran xalqı etnik və dini azlıqlara qarşı yeridilən ayrı-seçkilik siyasətindən və təzyiqlərdən asılı olmayaraq, regionda iqtisadi və sənaye ölkəsi, eyni zamanda dünya güclərindən biri kimi yüksəlmək üçün yüksək potensiala malikdir.
Səudiyyə Ərəbistanı və hətta Türkiyə kimi rəqabət aparan ölkələr də bu məsələni bilirlər və belə bir vəziyyətdə İranın ideoloji inanclarını yıxmağa üstünlük verirlər.

Güman edilir ki, yuxarıda qeyd olunan bu səbəblərdən də Amerika və İsrail İranda hakimiyyətiiyi dəyişmək istəmir. Amma xalqın bu etiraz nümayişləri yatırılsa belə kül altında od kimi qalacaqdır”.

Səməd Bayramzadə

Şərhlər bağlıdır.