İranın “ana.press” saytı yazır: “Qışqırmaq, bir ömür boyu arxalana biləcək bir karyera və peşə deyil. Onun nə gələcəyi, nə sığortası, nə də kifayət qədər gəliri var! İnsanı əldən salır və yorğun edir.
Daha çox Tehranın İnqilab küçəsində geniş rast gəlinən və çoxlu elanların verildiyi bu peşə sahibləri dolanmaq üçün səhərdən axşama kimi qışqırmağa məcbur olurlar. Daha ucadan qışqırmaq, daha çox müştəri deməkdir və daha çox müştəri, iş sahibinin məmnunluğu və pul deməkdir!
Onların işi qışqırmaqdır, yəni pul alıb gündə 12 saata yaxın küçənin müəyyən hissəsində dayanıb qışqırırlar. Sayları da az deyil, İnqilab küçəsində gəzərkən onları mütləq görəcəksiniz. Onların hər biri iş sahibi ilə razılaşdıqları bir neçə cümləyə uyğun olaraq qışqırır. Biri ikinci əl kitab, biri diplom işi, digəri dərs vəsaitləri, hər hansı mal və s…”.
Bəlkə də bir cümləni gündə min dəfədən çox təkrar edirlər. Ən çətini odur ki, bir neçə qışqıran yan-yana dura bilər, bu halda onlar səsini daha və daha da ucaltmalı olur və beləliklə, aralarında qəribə rəqabət yaranır.
Soyuqdəymə və hətta səslərinin tutulması belə onlara baha başa gəlir, çünki bir neçə günlük işini itirə və ya daha yaxşı bir qışqıran onların yerini tuta bilər…
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.