İRAN NİYƏ BU QƏDƏR NARAHATDIR?

İran-Azərbaycan münasibətlərində son zamanlar müşahidə edilən gərginlik Tehrandakı səfirliyimizə hücumla pik həddə çatdı.

Belə ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Bu hadisədən sonra Rəsmi Bakı səfirliyin İrandakı diplomatik fəaliyyətini tamamilə dayandırdı.

İran dövləti baş vermis hadisənin izahatını verməyə borcludur. Çünki İran da 1961-ci ildə imzalanmış Vyana konvensiyasına qoşulub. Demək, İranın məsuliyyəti var. Səfirliyimizə hücum bütünlükdə Azərbaycana qarşı törədilmiş bir hadisə kimi qiymətləndirilməlidir. Baş verən hadisə İrandakı səfirliklərin, diplomatik nümayəndəliklərin toxunulmazlığına zəmanət olmadığını isbatlayır.

Molla rejimi zaman-zaman ölkəmizə qarşı təxribatlara əl atıb, hər zaman Ermənistanı dəstəkləyib. İranın Azərbaycana qarşı əsl niyyəti İkinci Qarabağ müharibəsindən sonra üzə çıxdı.

Azərbaycan-İran münasibətlərinin gərginləşməsi, əsasən İranın İkinci Qarabağ müharibəsində qazandığı qələbədən sonra Azərbaycanın yaratdığı regional reallıqlarla hər vəchlə barışmaq istəməməsi cəhdi ilə bağlıdır. Qarabağdakı uğurlu əməliyyatlar cənubi azərbaycanlılar üçün də stimuldur. Bundan başqa ölkəmizin gələcəkdə regionda oynayacağı rol İranı narahat edir. İran dövləti bunu həzm edə bilmir və ölkəmizə qarşı hətta terrora belə əl atır. İrandakı səfirliyimizə hücum faktı bir daha onu göstərir ki, İran Azərbaycanın regionda güclənməsini istəmir. Molla rejimi xarici düşmənlərdən biri kimi, Azərbaycanı da göstərir. Hazırda İran apardığı iyrənc siyasət nəticəsində tək qalıb. Lakin Azərbaycan və müttəfiqləri getdikcə güclənir. Bütün bunların fonunda Azərbaycan da İranı elə də güc kimi görmür. Artıq İran ölkəmiz üçün təhdidedici güc deyil.

Fərid Zöhrabov

Şərhlər bağlıdır.