ÇAVUŞOĞLU: NORVEÇ BU ÖLKƏDƏ QURAN YANDIRMAQ İCAZƏSİNİ LƏĞV ETDİ

Xarici işlər naziri bildirib ki, Türkiyənin xəbərdarlığından sonra Norveç bu ölkədə Qurani-Kərimi yandırmaq və təhqir etmək icazəsini ləğv edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada çıxışı zamanı bildirib ki, Türkiyənin xəbərdarlığı nəticəsində Norveç hakimiyyəti Quranı yandırmaq və təhqir etmək icazəsini ləğv edib.

O əlavə edib: Bu gün Norveçin Ankaradakı səfiri ilə əlaqə saxlanılıb və icazə ləğv edilib. İnsanlığa qarşı cinayət söz azadlığı deyil. Bu nifrət cinayətidir və nifrət söz azadlığı deyil.

Çavuşoğlu vurğuladı: Qloballaşma və dəyişikliklərin sürətlənməsi nifrət, irqçilik, ksenofobiya, əcnəbilərə qarşı dözümsüzlük və ayrı-seçkilik başda olmaqla İslamofobiya kimi cinayətlərin artmasına səbəb olub.

Norveç, İsveç, Danimarka və Finlandiyanın söz azadlığı ilə bağlı aşağı-yuxarı eyni qanunlara malik olduğuna diqqət çəkən o, deyib: Biz islamafobiya, antisemitizm və antixristianlığı insanlığa qarşı cinayət hesab edirik.

Xəbəri hazırladı: Beyrək

Şərhlər bağlıdır.