VİDADİ MUSTAFAYEV:

YALAN ÜZƏRİNDƏ QURULAN İRAN REJİMİ

Birinci yalan – özləri üçün İsanın oxşarını uydurmaları.

İkinci yalan – Xomeyninin özünü İsanın oxşarının vəkili elan etməsi.

Üçüncü yalan – antimonarxist inqilabı İslam inqilabı adlandırmaq.

Dördüncü yalan – 1978-1979-cu illər inqilabını sözdə Mədəni və ya mədəniyyət, əməldə şəriətin aliliyi uğrunda inqilab adlandırmaq.

Bu yalanların kölgəsində hakimiyyətə gələn və sonra uzaqlaşdırılan islahatçıların ən dürüstü olanlardan biri bəyanat yayaraq artıq bu rejimi tarixin arxivinə göndərməyin və onun yerində adam kimi, yəni insani dəyərlərə söykənən, bir siyasi sistem təsis etməyin vaxtı çatdığını elan edib.

Amma hazlrkı İrşad naziri Rəhbərin dediklərini təkrarlayaraq deyir ki, İran inqilabı yeganə inqilabdır ki, xalqın mədəni tələblərini təmin etmək üçün baş veribdir. İrşad nazirliyi xalqın başına ağıl qoymaqla məşğul olaraq onları yeni mədəniyyət, yəni VII əsrdən yeni din əsasında formalaşmağa başlayan davranış qaydalarına uyğun davranmağı öyrətməklə məşğuldur.

Müasir İran gənclərinin 5 aydan çox davam edən və İranda tətbiq edilən YEDDEİNCİ ƏSR DAVRANIŞ QAYDALARINA etirazlarının hakimiyyətə ZƏRRƏ qədər təsiri olmayıb. Ona görə İrşad naziri gəncləri təhqir edərək İran inqilabını KÖHNƏ mədəniyyət qaydalarının canlandırılması uğrunda inqilab adlandırır.

Şərhlər bağlıdır.