İRANIN UCUZ MALLARININ RUSİYA BAZARINA YOLU AÇIQDIR

“İzvestiya” qəzetinin yazdığına görə, Qərb brendləri Rusiya bazarını tərk edəndən sonra İranın hazır geyim bazarının bəxti açılıb. Bunların Türkiyə mallarına nisbətdə daha ucuz satılacağı gözlənilir.

Yadınızdadırsa, ötən əsrin 90-cı illərində Azərbaycan bazarları da buna oxşar tragikomik vəziyyətlə üzləşmişdi. Yollarını Tehranın, Təbrizin… Çin malları satılan bazarlarına salanlar ucuz qiymətə nə gəldi alır və yaxşıca qazanırdılar.

İndi İranda gözlər dikilib rus bazarlarına. Çünki Azərbaycanda bu malların bazarı 10 ilə yaxındır bağlanıb.

Ticarət mərkəzləri “Abbas”, “Rasoul”, “Hassan”, “Romina”, “Kşana”, “Samiira”, “Jila” və başqa kimi brendlərin İranın qapalı mühitindən kənara çıxacağını planlaşdırırlar. Şirkətlərdən birinin göndərəcəyi məhsullar üçün 15 milyard dollarlıq müqavilə imzalanıb. Qeyd olunur ki, İran malları daha çox iqtisadi seqmentdə mal satırlar və türk mallarından daha ucuz olduğundan mövcud şəraitdə rəqabətə daha davamlıdırlar.

Şərhlər bağlıdır.