TEHRANIN ŞİMALİ VƏ QƏRBİ AFRİKADA NİYYƏTLƏRİ

ABŞ-dan olan köşə yazarı Levellin Kinq “Boston Heradt” qəzetində yazır:  “Tehran Şimali və Qərbi Afrikada niyyətləri pozmaq niyyətindədir. Həyacan təbili Mərakeş hakimiyyətinin Əlcazairlə İran arasında hərbi əlaqələrin genişlənməsi ilə əlaqədardır”.

Rabat Tehranın Şimali və Qərbi Arikada sabitliyi pozmaq üçün “Şəhravi” seperatçı qruplaşmasına pilotsuz təyyarələr göndərməsini bunun əlməti hesab edir.

Amerikalı analitik bildirir ki, Mərkeş diplomatlarının təhlükəsizlik məsələləri ilə əlqədar Qərb hökumətləri qarşısında müntəzəm əlaqələr yaratması heç də təsadüfi deyil. Çünki hər iki ölkənin böyük və yaxşı təchiz edilmiş ordusu vardır ki, vəziyyət hər nəzarətdən çıxa bilər.

“Bir neçə ay bundan əvvəl Mərakeşin BMT-dəki səfiri Ömər Hilal bəyan etmişdi ki, İran Suriya, Yəmən, İraq və Livanda sabitliyi pozduqdan sonra növbəti mərhələdə Şimali və Qərbi Afrika regionunda da buna cəhd göstərir”-amerikalı analitik yazır.

Müəllif sözlərini bununl əsaslandırır ki, Mərakeşin İsraillə yaxşı münasibətdə olması da bunun üçün yetərli sayıla bilər. Ona görə ölkə dəfələrlə təhdidlərlə qarşılaşıb. Bu baxımdan Tehran Şimali Afrika silahlı qrupalşmalarının maliyyələşdirilməsinə, eləcə də bölgəyə göndəriləcək silahların hazırlanmasına xeyli vəsait yatırır.

Şərhlər bağlıdır.