XATƏMİNİN NOVRUZU İSLAMLAŞDIRMAQ TƏKLİFİ

İrana hər dəfə Novruz bayramı-yaz bayramı qədəm qoyanda mollaları qıcıq götürür. Onlar sıraya düzülərək bu bayramın “islamlaşmasını” istəyirlər. Bu dəfə təklif İran Ekspertlər Məclisinin üzvü, Tehranın cümə imamı və Əli Xameneinin yaxınlarından olan Əhməd Xatəmi yaz bayramının keçirilməsinə qarşı çıxıb. O, bayramın “islamlaşmasını” bu sözlərlə ifadə edib:

-Biz bayramın keçirilməsinə qarşı deyilik, sadəcə ənənəvi novruz bayramı yerinə islami novruz bayramının keçirilməsinin tərəfdarıyıq.

Əli Xamenei bir neçə dəfə buna oxşar təkliflər səsləndirib. O, ənənəvi tədbirlər əvəzinə Məşəd və Qum şəhərinə səfərlərin təşkilini məsləhət görüb.

Əhməd Xatəmi necə deyərlər, qaş düzəltdiyi yerdə, lap gözünü çıxardıb.

Şərhlər bağlıdır.