FARS, YOXSA BARS DİLİ

Akademik Dyakonov yazır: Er.əv.ll-l minilliklərdə Urum gölünün cənubunda Parsua adlı ölkə var idi.

Əhalisi özünü Pars adlandırırdı. Həmin parsların indiki farslara heç bir aidiyyatı yoxdur. Bir Parsuaş ölkəsi də Elamın şərqində idi. Onlar Şumer dilinə qohum olan bir dildə danışırdılar. Kir er.əv.691-ci ildə o ölkəni tutsa da, əhalisini tabe edə bilmədi. Daranın er.əv. 522-ci ildə yazdırdığı kitabədə belə bir cümlə var: Nə bizdən, nə Pars hakimlərindən bir adam tapılmadı ki, hakimiyyəti maq Qum Atadan geri alsın. Matay kahini Qum Atanın adını İranpərəstlər Qaumata kimi ensiklopediyalara daxil ediblər. Parslar, yəni totemi bars olan türklər Urum gölü vadisində, Elamda əhəmənilərdən min il, sasanilərdən 1500 il qabaq yaşayırdılar. Assur və Urartu mixiyazılı mətnlərində onların ölkəsi Dinqir Barsua adlandırılır. Dinqir tanrı deməkdir. İranlı mollaların əcdadları Hind ilə Sind arasından Barsua ölkəsinə gələnə qədər özləri özlərinə fars yox, tacik deyirdilər.

Fəzlullah Rəşidəddin yazır ki,Türk saraylarında fars dilində salnamələr yazan katiblər var. Onları türklər Tacik bitikçi adlandırırlar. Orta əsrlərin görkəmli alim və şairləri Yusif Bala Saqunlu, Nizamülmülk, Mirxond, Sədi Şirazi, Səid Nəfisi indiki farsları fars yox, tacik adlandırırlar. Sistanın bir mahalı son zamanlara qədər onların adı ilə Barsxan adlanırdı. Bars nəslindən Bəy Bars titullu xanlardan biri monqollara əsir düşüb qul bazarında satılmış, döyüşlərdə möcüzələr göstərib minlərlə düşməni o dünyaya göndərərək Misirdə sultan olmuşdu. Bəy Barsın qurduğu dövləti tarixçilər Məmlüklər dövləti adlandırırlar. Totemi bars olan türklərin bir nəsli də özlərini Barsil adlandırır və Qafqaz dağlarının ətəyində yaşayırdı. Xristian kilsə salnaməçiləri və yevrey tarixçiləri yazırlar ki, Xəzər xaqanlarının baş xanımları Xatun titulu daşıyır və Barsil nəslindən olurdu. Gəlin, özgələrin özləri üçün yazdıqları tarixi əzbərləməyək. Öz tariximizi özümüz yazaq. Çünki:

Yad sevinər dərdimizin

Bisütunu çapılmasa,

Nizaminin öz dilində

Bircə beyti tapılmasa.

Çalmalılar cücərtmədə

Pəhləvilər səpən dəni,

Ayətullah mollabaşı

Yezid kimi danır məni.

 

Yaxın günlərdə Mədəniyyət kanalında bu mövzuda müsahibəmiz olacaqdır.

İlhami Cəfərsoy

Şərhlər bağlıdır.