AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN MÜRACİƏTİ

19.03.2023-ci il

28.12.1401 -ci il

Əziz həmvətənlər!

Cənubi Azərbaycanda ana dilində təhsil almaq arzusu ADF fəaliyyətinin həmişə əsas istiqamətlərindən birini təşkil etmişdir.

21 Azər hərəkatının ən böyük ugurlarından biri də İran cografiyasında ilk dəfə ana dilində təhsil verən məktəblərin açılması, dərsliklərin hazırlanması və Təbriz Universitetinin fəaliyyəti olmuşdur. Faşıst Pəhləvi rejiminin Azərbaycanda milli, mədəni və kitab qenosidindən sonra fars dili, fars yazısı və fars düşüncə tərzinin əsiri olmaga məhkum  edilən xalqımız bir an belə milli kimliyini unutmamış, dilini, mədəniyyətini, musiqisini, şanlı tarixini dildən-dilə, nəsildən-nəsilə ötürərək yaşatmışdır.

Bu gün gözəl ana dilimizin öyrənilməsi, milli təhsil imkanlarından istifadə etmək, kütləvi olaraq Azərbaycan əlifbasını öyrənmək və sosial şəbəkələrdə İran İslam Cümhuriyyətinin “istibdad çərçivələrini” sındıraraq mütərəqqi dünyaya inteqrasiya etmək vacibdir.

Əziz həmvətənlər, uşaqlarınızın ana dilində təhsilini dəstəkləyin.  Onlar gözəl Azərbaycanımızın gələcəyidirlər. Yalnız ana dili ilə Azərbaycanın xoş gələcəyini qura biləcəyik. Yalnız ana dilinin körpüsündən Türkiyədə, Azərbaycan  Cümhuriyyətində təhsil imkanları yaranacaq. Yalnız Azərbaycan dilini öyrənməklə şuubi İran düşüncəsindən qurtaracaq, fars dili, fars yazısı və fars məfkurəsindən yaxamız qurtaracaqdır.

Bu yolda bütün Azərbaycan ziyalılarını internetdə, sosial şəbəkələrdə xalqın övladlarına ana dilini öyrətmək kimi şərəfli bir işə çagırırıq. Bu işləri dəstəkləyin, təşviq edin, bu dildə sevin, sevilin və sevimli olun!

ADF bu istiqamətdə bütün milli hərəkat iştirakçılarını səfərbərliyə çagırır və öz növbəsində əlindən gələni etməyə davam edəcəkdir.

ADF MK-nın Siyasi Heyəti

Şərhlər bağlıdır.