FUTBOLÇU HAKİMİYYƏTİ TƏNQİD ETDİYİNƏ GÖRƏ İRAN YIĞMASINDAN QOVULUB

İran milli futbol komandasının məşqçisinin köməkçisi, tanınmış futbolçu Rəhman Rzayi aylar öncə İranda etiraz aksiyaları vaxtı sosial mediada tənqidi paylaşım etdiyinə görə yığmadan qovulub.

Bu barədə İran idman və gənclər nazirinin müavini Vəhid Yaminpur məlumat verib. “43 il yediniz, çapıb-çaldınız, ədalətsizlik edib, korrupsiyaya qurşanıb, yalan danışıb və fahişəliyi yaydınız. Artıq yetər. Millət məhkəməsində mühakimə olunmalısınız” ,- Rzayi özünün sosial media hesabında yazmışdı.

Şərhlər bağlıdır.