ZƏNCANLI İDMANÇININ ÖLKƏDƏN ÇIXIŞI QADAĞAN EDİLDİ

Güney Azərbaycanın Zəncan şəhərindən olan alpinist və qayaya dırmanma üzrə çempion Elnaz Rikabinin ölkədən çıxışına qadağa qoyulub.

Azerbaycan-ruznamesi.org xəbər verir ki, bu barədə İranın Alpinizm Federasiyasının rəhbəri Rza Zarei məlumat yayıb.

Elnaz Rikabi ötən il Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etdiyi üçün İrana qayıtdıqdan sonra təhlükəsizlik məmurlarının basqıları ilə üzləşib.

Şərhlər bağlıdır.