EJEİ HİCABSIZ QADINLARA QARŞI TƏDBİRLƏRİ GÜCLƏNDİRİR

İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məcburi hicab qaydalarını pozanlarla bağlı yeni göstərişlər verib.

Məhkəmə başçısı tabeliyində olan məhkəmə orqanları və məmurları hicabsızlara qarşı mübarizədə polis və təhlükəsizlik əməkdaşları ilə birlikdə fəaliyyət göstərməyi tapışırıb.

O, tabeliyindəkilərə göstəriş verib: “Sosial anomaliyalar halında xüsusi məqsədlər güdən xarici casus şəbəkələri ilə əlaqəli cərəyan və şəxslərin aşkarlanmasında təhlükəsizlik və polis qurumların ilə sıx əməkdaşlıq edilsin”.

Ejeinin bu təhdidi İran hökumti və parlamentinin məcburi hicab qaydalarını pozanlara qarşı yeni tədbirlərplanı hazırladıqları barədə məlumatlar ilə eyni vaxta təsadüf edir.

Belə ki o, hicabsızların düşmən və casus adlandırılması ənənəsini davam etdirib. Bu ənənə İran İslam Respublikasının rəhbəri Əli Xamenei tərəfindən qoyulub. Rəhbər bir müddət əvvəl hicabsızlığın düşmən planı olduğunu deyib və məcburi hicab qaydalarını pozanları “düşmən dövlətlərin casusu” adlandırıb.

2022-ci il sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın İran hökumət məmurları tərəfindən öldürülüb.

İnsan haqları təşkilatlarının hesabatlarına görə, məcburi hicaba etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalıb.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.