“İsfahan Evi” işi üzrə həbs edilən üç etirazçı Məcid Kazemi, Saleh Mirhaşimi və Səid Yaqubinin edam olunma ehtimalı ilə bağlı artan narahatlıqlara görə, onların ailə üzvləri və həmçinin bir qrup isfahanlı bu edamların qarşısını almaq üçün bazar günü axşam saatlarında İsfahan Mərkəzi Həbsxanasının qarşısına toplaşıb.
Gecənin sonunda İsfahan Mərkəzi həbsxanasının qarşısında başlayan etiraz aksiyası davam edir. Mitinqdə bir sıra şüarlar səsləndirən etirazçılar bu məhbusların edam olunması ehtimalı ilə bağlı hakimiyyətə xəbərdarlıq ediblər.
Müttəhimlərdən biri olan Məcid Kazeminin əmisi oğlu Məhəmməd Haşiminin mayın 14-də öz Twitter səhifəsində “aldığı məlumatlara” görə, bu üç etirazçının İsfahan həbsxanasında mayın15-i səhər vaxtı “sübh azanıyla” edam edilməsi planlaşdırılır.
O, həmçinin Twitter səhifəsində bu məhbusların edamının qarşısını almaq üçün insanlardan kömək istəyib və edama məhkum olunan bu etirazçıların ailələrinin “İsfahanın mərkəzi həbsxanasına getdiyini” yazıb.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.