TANINMIŞ JURNALİST MƏRYƏM VƏHİDİYAN HƏBS EDİLİB

İnsan haqları təşkilatları və media fəallarının verdiyi məlumata görə, İranda fəal jurnalistlərdən sayılan Məryəm Vəhidiyan noyabrın 27-də saxlanılıb.

Məmurlar onun evində axtarış apararaq şəxsi əşyalarını, o cümlədən noutbuk və mobil telefonunu müsadirə ediblər.

Bildirilir ki, Vəhidiyan ad gününü keçirdiyi vaxt evinə hücum edilib və onun mənzilində olan şəxslərində mobil telefonları məmurlar tərəfindən əllərindən alınıb.

Jurnalistin nədə ittiham olunduğu və hara aparıldığı barədə hər hansı məlumat verilməyib.

Qeyd edək ki, Jurnalistləri Müdafiə Komitəsi noyabrın ortalarında yaydığı məlumatda İranda etiraz aksiyaları başlayandan bu günə kimi 62 jurnalistin həbs edildiyini bildirib.

Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.