Yerli sakinlər və sosial media fəalları Şərqi Azərbaycan əyalətində təmiz su çatışmazlığı problemindən şikayət edirlər. Onlar əyalətin Qumtəpə bölgəsində problemin daha ciddi hal aldığını yazırlar. Sakinlərin məsələ ilə bağlı dövlət qurumlarına müraciətləri cavabsız qalıb. Müraciətdə göstərilir ki, Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. Hökumət bu barədə ciddi fikirləşməlidir.
Şərhlər bağlıdır.