İranın universitetlərində, məktəblərində tələbə və müəllimlərin işdən qovulması halları davam edir.
Bu qəbildən olan təzyiqlərin davamında Tehranın “Əllamə” Universitetinin müəllimi, azərbaycanlı sosioloq Mehdi Xoi işdən uzaqlaşdırılıb.
Bu barədə özünün sosial media hesabında paylaşım edən müəllim xalqın və tələbələrin yanında olduğuna görə cəzalandırıldığını yazıb.
“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoi bu günə kimi haqsızlığın qarşısında susmayıb və kimsəyə bac verməmişəm. Hər zaman xalqın və tələbələrimin yanında olduğum üçün Universitetdən qovuldum”,- müəllim vurğulayıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb.
Onların bir çoxuna “hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.
Şərhlər bağlıdır.