AD GÜNÜN MİLLƏTİMİZƏ, AZƏRBAYCANIMIZA QUTLU OLSUN SEVİMLİ USTAD!  

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Azərbaycan Türk Millətini Təbrik edirELDAR QARADAĞLI
Həsən bəy Dəmirçininin unudulmaz xatirəsinə! 

Şübhəsiz ki, “Həsən Azərbaycan”adı, Azərbaycan Türklüyü uğrunda simgələşmiş bir neçə önə çıxan addan biridir. O, bütün ömrünün milli-siyasi sürəcini sadə və səmimi qəlbi ilə öz ulusunun azadlığı uğruna verdi. Azərbaycanın kədəri, bağrının yarası, sevinci isə ürəyinin umudu oldu! O, Türk gələnəyi gərəyi, özəl acılarını içinə gömərək, vətən dərdlərini bar-bar bağırdı. Sevdiyi vətəni elə sevdi ki, vətən ona öz adını ərməğan etdi. Bu üzdən hərkəs onu “Azərbaycan” səslədi. O, millət və vətən borcunu ödəmək üçün gecə-gündüz bilmədən coşub goşdu. Ən çətin günlərində belə, öz dərdlərini millətin taleyindən üstün tutmadı, tutamadı! Çünki, onun adı yurdunun qutsal adıyla qutlanmışdır. Belə səadəti isə, dünyada az adam qazanar. Uşaqla uşaqlaşan, gənc ilə gəncləşən, dərdli ilə dərdləşən və bir sözlə millətlə millətləşən bir ömürün zirvəsinə ulaşmaq, sözsüz ki, onun yaşanması ilə olasıdır. Ustad, bunlarla yaşadı, yaşadıqca milli-insani bəlgəsəl oluşdurdu. Onu, başqalarından fərqləndirən bir çox başlıqdan sadəcə bir neçəsinə toxunuram:

Milli-siyasi özəllik: Həsən bəy dərin milli-siyasi düşüncəyə yiyələnmiş çox budaqlı ictimai aktor idi. Azərbaycanda olan-bitən bir çox milli, mədəni, kültürəl toplantılarda ya iştirakçı kimi və ya duruma görə yaxın dostları aracılığı ilə qiyabi şəxs kimi hazır O, həmin yığnaqların bəlli bir sonuc alması üçün əlindən gələni əsirgəməyir, dostlarının da bu yolda çalışmasını istəyirdi. Örnəyin; 1983 miladi ilində bir tanınmış milli fəalın oğlunun adgünündə Həsən ağa da öz musiqi qrupu ilə iştirak edirdi. Səhərə işləmiş saat 2 radələrində şənlik başa çatdı. Həsən ağa və çalqıçı dostlar çox yorğun idilər. Həsən ağa mənə və bir neçə arxadaşa qalma önərisi verdi. Onadan qalma nədənini sordum. Özəl tərzilə dedi; “bir-birimizi tanıyaq biraz! Oxuduğun şerə görə, bəzi notlarım var. Onların haqqında biraz danışaq. Bir də biraz xosanlaşaq”! Saat səhər 4-dən ötmüşdü. Danışdığımız ancaq, millət və vətən oldu. Bir də uşaqların üzərində çalışma gərəyi oldu. Gördüm ki, şeir haqda danışmaq sadəcə bir bahana idi.

  • Təşkilatçı özəllik; Həsən ağa, bir neçə qocaman ağabəyimizlə birlikdə ölməz Zetabının yaratdığı “Müstəqil Azərbaycan Demokrat Firqəsi”-nin ilk aktivistləri kimi çağdaş “Azərbaycan Milli Hərəkatı”-nın təməlini qoyanlardan biri idi. O, özünə özəl davranışıyla Dr, Zehtabının qurduğu dil kurslarını idarə edir, toplantıların təhlükəsizliyini minimuma yendirirdi. 1988(m) ilində Təbrizdə qurulan “Azərbaycan Azadlıq Cəbhəsi”-nin ən başda gələn kardınatoru məhz Həsən bəy olmuşdu. 1992-ci (m) ilinin ilk aylarında “Azərbaycan Qurtuluş Təşkilatı”-nın məramnaməsinin müzakirəsi Həsən ağanın, Dr, Zehtabının və bir neçə ağabəyin iştiraki ilə Təbrizin Lalə dördyolunda yerləşən onun “Azərbaycan Müsiqi Öyrətim Mərkəzi”-ndə keçirildi. Həmin gün, mərkəz bütünlüklə qapalı durum almışdı. Və yenə biraz sonra “Azərbaycan Mədəniyyət Ocağı”nın yaranmasında müstəsna rolu oynadı. Göründüyü kimi, Azərbaycanda örgütlənmə yolunda Ustadı böyük rolu olmuşdu.
  • İctimai özəllik; “Təbrizin Abüreyhan dörd yolunda bir Həsən ağa dəmirçi var. Orda həm də maşın təmirinə baxılır. Kimsəsizlərin kimsəsidir o ağa”! Bu bir çoxlarının əzbəri olduğu adres idi. Həsən ağa, ona uzanan əli boş qaytarmaz, parası olmayan yoxsullara yardım edər, bir çox ailənin süfrəsini qıdasız qoymazdı. Onun bu sözünü heç unutmaram: “Vətənsevərlik şüar deyil, yaşamı paylaşmaqdır! İnsan paylaşdıqca xoşbəxt olur.” Onun düşgün və tabsız zamanında Qaradağ “Vərzqan” deprəmində göstərdiyi 7 aylıq özveri və fədakarca canından keçməsidir. O, 7 ay boyunca yılmadan, sarsılmadan hər gün Təbriz-Vərzqan yolunu tutaraq, gənc arxadaşları ilə millətinə çörəkçixana dikməklə, gərçək bir millətçinin sosial biri olma gərəyini göstərdi. Ayrıca, həmin insansevərliyi üzündən panfarsist rejim tərəfindən suçlu görünərək gücsüz cismilə zindana düşməsi və həmin rejim zindanında musiqi kursları bahanası ilə milli gənclərin ruh yüksəlişinə şalışması onun topluma bağlılığının başqa örnəklərindən Həsən ağa, tək bir anlamla milli siyasi yolun ən başlıca ilkəsini sosial və ictimai olmaqda görürdü.
  • Demokrat, özgür və çağdaş isansa özəlliyi; Ustad Həsən Azərbaycan, heç zaman öz düşüncəsini kimsəyə aşılamağa çalışmadı. Onun ən bariz özəlliyi çoxuncu (çeşidlilik düçüncə) olduğu Bu üzdən çevrəsində solun solundan, sağın sağınadək dost bulunur. O kimsəyə ideolojik basqı yapmaz, kimsəni ideolojik düşüncəsi ilə ülçmürdü. Bu ustanın görüşsüz olduğunu deyil, geniş millət adamı olduğunun göstərgəsi idi. O, düşünürdü ki, 100 il boyunca milli əritmə siyasəti və farslaşdırma strategiyası altında əzgin durumda olan millətin düşüncə axarı dayanmışdır. Millətin var gücünü özünə qaytarmaq, özveri və dözüm istər. Özgə və düşmən duzağında inləyən millətimizi, ayrı- seçgilik yapmaqla bir də biz darmadağın etməməliyik. Belə sözlərin dilə gətirəni bir başa Həsən bəy olmasa da, onun öz ruh təcümanı bu sözlərlə tanıtım tapdı. O, özgürlüyü və çağdaşlığı bir arada tutaraq kütləsəl demokrat örnəyi kimi hərkəsin sevgisini qazandı. Bir çox musiqi ustadın verimli öyrənci seçim vayına qaldığı yerdə, o, varlı, yoxsul, verimli, verimsiz seçiminə uğratmadan topdan uşaqları, yeniyetmələri və gəncləri öznəl və nəsnəl eyitimlə milli-siyasi və incəsənət ruhu ilə topluma mal elədi.
  • Çox budaqlılıq və yorulmazlıq özəlliyi; “Həsən ağa harada? Eyitimdə, bazarlıqda, toyda, yas evində, Baba bağında cüzamilərin yanında, görüşü vardır, xəstəxanaya xəstə götürdü, maşını dayanan birinin yardımına getdi, ev düzəldir, Qaradağdadır, evdə bəstə yazır, yeni kitabını basdırmaq üçün basım evindədir, tutuldu zindandadır, Musiqi qrupu ilə filan şəhərdədir, güləş salonundadır, dağda, Bakıdadır, İstanbuldadır və yüzlərcə buna bənzər işlər. Göründüyü kimi, Hasən Hərgülü və başqa anlamı ilə Həsan Azərbaycan, sosial çalışmadan tutmuş ekonomi, siyasi, idman və incəsənət dallarının ötəsinə yayılmış bir sarsılmaz həyat göstərgəsidir. Bir insan ömrünə sığmayan bu boyda geniş alanlı çeşidlik yaradan çox az insan tapılsa da, Ustad onlardan biri idi.
  • Yazar, şair, bəstəkar özəllikləri: Ustadın yüksək təhsilatı olmasa da, öz ana türkcəsinə olan böyük bağlantısından dolayı, yazarlığı və şairligi də hərkəsə bəllidir. O, istər milli- siyasi yönlərdə, istərsə də musiqi alanında bir çox əsərin müəllifi olmuşdur. Yazdıqları əsərlərin musiqi bəstəkarlığı da onun özəlliklərindən biridir. Yazdığı çoxlu sadə, lakin milli anlamlı şeirlərlə yanaşı, milli musiqi ilə bağlı ortaya qoyduğu kitabları eyitim, ulusal özəllikləri çox diqqət çəkici yazılı irsini oluşdurur. Musiqi öyrənciləri üçün dərslik kitabı olan “Azərbaycan Muğamları”, “Azərbaycan Mahnıları”, “Səhəndiyyə” operası, “Azərbaycan Marşları”, “Haraylı Təbriz”, “Odlar Yurdundan Adlar” kimi yazılı əsərlərin yazarı məhz Həsən Dəmirçi imzasıyla markalaşmışdır. Bu isə, ustadın nə qədər budaqlı çalışmalarının danılmaz faktdır.
  • Sözdə, əməldə əmanətdarlıq özəlliyi: Bildiyim, tanıdığım Həsən Azərbaycan adının təkcə sadalanan özəllikləri ilə deyil, eyn zamanda sırr küpü olduğu da danılmaz bir örnək nöqtəsi olmuşdur. Sırrım onun da gizlisidir deyən bir çoxlarını tanıram ki, ürəklərinin acısını onunla birlikdə paylaşmaqdan heç tədirginlik yaşamırdı. Tərsinə onunla paylaşılan ürək dərdlərinin bir çoxu çözüm ümidi Kimsənin ev sorunlarına ümidsizlik hakim olan zaman, Həsən bəyin bir olumlu yol tapacağı yadlara düşürdü. Hankı evin məişəti söz qonusu olunca Əbureyhan dörd yolundakı karaj vəya Lalə dörd yolundakı Azərbaycan Musiqi eyitim evi əmanət qapısı kimi çalınırdı. İstər siyası qurumsallıqda, istərsə də, toplumsal alanlarda onun adı sözdə, əməldə bir əmanət sandığı kimi qəbul olunurdu.
  • Gözəl ata, arxadaşlıq, yoldaşlıq özəlliyi: Ustad eşinə, eşqinə, uşaqlarına qarşı sonsuz sayağı göstərən bi rata örnəyi Bəlkə bəziləri üçün bir atanın övlədına qoyduğu maddı sərvətlər ölçüm olsun. Bir atanın uşaqlarına verəcəyi hər şeyin başında ərdəm və şəxsiyyət gəlməkdədir. Bir çox övladlar varkı atanın bir ömür topladığı maddi qaynağı bir neçə gecədə quradar. Övlad var ki, atanın yaşam fəlsəfəsinin qarşısına isyan qaldırar. Bir ata var ki, uşaqları ondan sonra bütün izlərini yox etməyə çalışar. Bir övladlar da var ki, atanın getdiyi yolun əskəri olar və atasının cizgisində yürüməyi şərəf borcu bilər. Bu gün, Ustadın qoyduğu şərəf yolu, milli yolu ocaq kimi par-par yanırsa, millətinə sıcaqlıq verirsə, onun balalarının, sayğıdəyər eşinin də çox payı vardır. Bu isə, o deməkdir ki, Hərgülü ailəsi, Atanın altın yaşam yolunu ulu bir irs kimi saxlamaqdan olduqca böyük qıvanc (sevinc, fəxr) duyur.
  • Bütövçü özəlliyi: O, qarabaq uğrunda döyüşən qəhraman Azərbaycan əskərinin 44 günlük savaş zəfərini görmədi. Qarabağın qismən azadlığını görmək, bəlkə də hərkəsdən çox bütün mübarizə alanında Qarabağı yaşadan Ustadın haqqı sayılırdı. Yazıqlar olsun ki, düşmən əli çox zəhərli və bicağı kəskindir! O, bir bütünlük sevdalısı 1998-ci ilin yayında Həsən bəy ilə ölməz Ə. Elçibəyin görüşü olacaq idi. “Bütöv Azərbaycan Birliyi”ndə daşıdığım sorunluluğa görə, bu gizli görüşü mən təşkil etməli idim. Bir gün axşam radələri bu iki milli öndərin görüş zamanı idi. Normal olaraq, Bəyin görüşləri Bakının Xaqanı küçəsində yerləşən Azadlıq Redasiyası məkanında keçirilirdi. O gün Bəy məndən görün qonusunda soruşanda, belə dedim: “Bəy, sizinlə Həsən ağanın görüşü daha gizli olması gərəkir.”Bəy, yardımçısı Əli bəyə bu görüşün öz evində keçirilməsini və o günə aid olan axşam görüşlərinin ləğv olunmasını dedi. Biz axşam Həsən ağa ilə Bəyin evinə getdik. Qapını döydüm. Qapı açıldı. Bəy, qapı ayaqına qədər Həsən ağanı qarşılamaq üçün gəldi. Bunlar ikisi elə qucaqlaşdılar ki, elə ağlaşdılar ki, mən ömrümdə belə bir səhnə görməmişdim. Gözlərim Əli bəyin gözlərinə sataşdı. Onun da gözyaşları durmurdu. Mənim durumum daha bətər idi. Hardasa iki bəy, dəqiqələrlə qucaqlaşıb ağlaşdılar. Bu iki vətən sevdalısı bundan öncə bir-birini heç görməmişdilər. ancaq, sankı illər öncədən bir-birini itirmiş qardaşlar idilər. Bu sadəcə Ustadın Bütöv Azərbaycana olan sevgisinə tanıq olduğum bir canlı örnək idi.

Ustadın da yolu, M.Ə. Rəsulzadələr, M.T. Zehtabilər, Ə. Elçibəylər kimi millətimizin özgürlük və bağımsızlıq yoludur. Mum kimi bir ömür vətənin, millətin yoluna işıq saçan bu böyüklərimizin ulu ruhları hər zaman gəncliyimizlə olacaqdır. Yolları açıq, milli davaları millətimizin milli qurtuluş və ulusal bayramı olsun.

Eldar Qaradağlı 2023-08-24

Şərhlər bağlıdır.