İRAN İCTİMAİ FİKRİNDƏ “KÜTLƏ” XƏSTƏLİYİ

İRAN İCTİMAİ FİKRİNDƏ “KÜTLƏ” XƏSTƏLİYİ
İran Xalq Partiyası adlandırılan “Hizbi Tudeyi İran” əslində xalqla heç bir
əlaqəsi və bağlılığı olmayan bir kütlə partiyasıdır (“Tudə” sözü tərcümədə
kütlə mənasını verir) və əslində, həqiqətən də kütlə düşüncəsində
mövcudluğunu saxlayan, heç bir social təbəqəni təmsil etməyən, bir qrup
marginal insanlardan ibarət icmadır. Bu icmanın kimə qulluq etdiyi haqqında
müxtəlif fikirlər var və ilk baxışdan müəyyənləşdirmək çətindir. Bir vaxtlar İran
İslam Respublikası üçün “risalə” yazan, eyni zamanda Kommunist
partiyasının ilkin mənbələrini fars dilinə tərcümə edən, fəhlə sinfi olmayan
ölkədə proletariat diktaturası yaratmaq istəyən şuarları ilə İran siyasi tarixində
özünə yer edib.
Azərbaycan Demokrat Firqəsi İran siyasi həyatının müxtəlif aktyorları ilə
fərqli tarixi mərhələlərdə əməkdaşlıq erdiyindən bu, “Tudə” partiyasını da
yaxşı tanıyır və hansı “məzhəbə” qulluq etdiyini yaxşı bilir. Məhz bu səbəbdən
də onun təxribat məqsədli iyrənc bəyanatlarına cavab vermək ADF-nin
üzərinə düşür.
İran Xalq Partiyasının (Hizbi Tudənin) “Name-ye Mərdom” qəzetində
(partiyanın orqanı – No 1192, 17 mehr 1402/9 oktyabr 2023) çap olunan
“Dağlıq Qarabağın süqutu” adlı məqaləsində partiya rəhbərlərinin uzun
müddətli susqunluğu bitdi. Tülkü kimi Avropada oturub İranda baş verən xalq
hərəkatına demokratik və milli təşkilatların “çiyin arxasında” baxan bu
marginallar yekə-yekə ideyalar, milli hüquq, demokratiya məsləhərlərinin arxa
planında erməni təəssübü göstərir, Dağlıq Qarabağın süqutuna heyfslənir,
“ağlaşma qurur”. Otuz illik işğal zamanı səsini çıxarmayan bu əqidəsiz
marginal qrup indi humanist olub, İran xalqlarının zülmündən, molla rejiminin
repressiyalarından, qətl və edamlardan yazmır, erməni təəssübündən yazır.
Bu bəyanatı yazanlardan zatən Azərbaycana həmrəylik duyğuları
gözləmirik. Həmin adamların “dabbağxanada gönünə bələd” olduğumuz üçün
bilirik ki, onlar lazım gələndə K.Marksın “Kapital”ından istinad gətirərək
“Xomeyninin ilahi missiyasına” risalə yazanlardırlar. Qarabağ ermənilərinə yas
tutan, “erməni dərdi” çəkən bu tudəçilər İranda fərqli millətlərin, kürdlərin,
bəlucların, ərəblərin haqq və hüquqları barədə bir cümlə yazmayıblar. Əlbəttə
ki, Azərbaycanlıların haqq və hüquqlarından da müsbət bir şey yazmayıblar.
Lakin Azərbaycanlılar üçün bunların əhəmiyyəti yoxdur. Azərbaycan öz
dərdinə özü çarə qılmağa adət edib. Qarabağı azad etdiyi kimi.
Tudənin bəyanatda deyilir: “Bu … 2020-ci ilin noyabrında imzalanmış
müqavilənin kobud və həyasızcasına pozulması idi.” Bu bədbəxt tudəçilər
müqavilənin mahiyyətini belə anlamayıblar. Bu, bərabər tərəflərin sülh
müqaviləsi deyildi, kapitulyasiya müqaviləsi idi. Ermənilər daha artıq
“qırılmasınlar” deyə Azərbaycan dövləti onlara fürsət verdi ki, ölkədən rədd
olub getsinlər. Belə bir addımı ancaq böyük və humanist xalqlar ata bilər.
Azərbaycan hər addımında öz insanpərvərliyini göstərdi. Lakin İran və
irançılar hayasızcasına su bulandırmağa, təxribat aparmağa və düşmənçilik
yaymağa davam edirilər. Bunlar anlamaq istəmirlər ki, Azərbaycan İran deyil,
Azərbaycanlılar böyük və humanist insanlardır, bu xalqın dili, düşüncəsi,
məntiqi, mədəniyyəti, milli mirasa münasibəti, musiqisi, folkloru, zövqü və
tarixi seçimi sizdən fərqlidir. Azərbaycanlıların zarafatı da, gülüşü də sizdən
fərqlidir, nifrəti və qisası da.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı”nın Ermənistana yardım
etmədiyini təəssüflə bildirən bəyanat müəllifləri rəsmi İran orqanları kimi hakim
mövqeyindən çıxış edir. Bu adamlar anlamaq istəmir ki, baş verən hadisələr
Azərbaycanın suveren ərazilərində cərəyan edir. Odur ki, tarixi təcrübədən
onlar bilməlidirlər ki, Azərbaycan böyük bəlaları çox görüb, hər dəfə xalqın
böyük sərkərdələri qarşıya çıxıb və xalqı bu bəlalardan qurtarıb. Bu dəfə də
belə oldu. Xalq öz sərkərdəsinə iman etdi, Sərkərdə isə xalqa söykənib
Müzəffər Oldu, Qalib Gəldi.
İranın “Tudə” partiyasında, onun rəhbər orqanlarında mən
azərbaycanlıyam, mən türkəm deyən bir kəs yoxdur və olmayıb. Yarandığı
1941-ci ildən bir qrup mənşəyi şübhəli şəxslər, babası axund olmuş, atası
babasından imtina etmiş molla oğlu kommunist oldu. Qacar nəslindən olan,
türkcə, Azərbaycanca danışmağı ayıb hesab edən şəxslər tərəfindən
yaradılmış bu təşkilat yarandığı gündən təxribatla məşğul olmuş və Güney
Azərbaycan milli hərəkatına mümkün olan bütün düşmənçilikləri etmişdi.
Əlbətdə ki, özlərinə kommunist adını da sonralar əlavə etdilər. Sovet
hakimiyyətinin himayəsi altına keçmək üçün kommunist olmaq lazım idi.
Bu şarlatanların ucbatından İran intellektuallarının tarixən bəxti
gətirməyib. İdeyanı, dünya görüşünü həmişə manipulyasiya edən fürsətçilər
yüksək təxribat qabiliyyəti ilə ağı qaraya qarışdırıb, xalqı çaş-baş edib, oğulu
atanın üzünə qoyub, su bulandırmaq ilə məşğul olublar. Əsas ideya Firdosinin
şahnaməsidir. Bu irançılıq və ya tudəçilik kimi də adlandırıla bilər.
Onu da deyək ki, bu təşkilatda bir qrup erməni əsilli məsul şəxslər də
çalışıb və onların hansı qrumlara xidmət etdiyi məlim deyildi. Bu partiya ilə
az-çox əlaqəsi olanlar bilirdi ki, bunlar cəsusdurlar və bir təşkilata deyil, çox
təşkilata xidmət göstərən İran erməniləri təhlükə yarananda ustalıqla aradan
çıxmağı başaran, bir müddətdən sonra yenidən partiya funksioneri kimi
Avropada ortaya çıxıblar. Azərbaycanlılar unutmayıb ki, böyük rəhbər Seyid
Cəfər Pişəvərini qəzaya salan sürücü də erməni idi… Odur ki, bu tudəçilərin
erməni məhəbbəti anlaşılandır.
Fransızlardan daha artıq erməni olmağa çalışan bu tudəçilər yazırlar:
“Bütün bunların cəmi “etnik təmizləmə” anlayışına daxil edilmirsə, o zaman
etnik təmizləmə nədir?”
Yaşadığı ölkənin vətəndaşı olmaq istəməyən və şüurlu olaraq daha
yaxşı həyat axtarmaq məqsədi ilə Avropaya getmək istəyən bir qrup insanın
davranışı nə vaxtdan etnik təmizləmə hesab edilir. Əgər Ermənistanda
yaşamaq yaxşıdırsa, siz niyə Almaniyanın səxavətinə sığınmısınız?
Ermənistana olan məhəbbətiniz niyə sizə Ermənistanda məskunlaşmağı sovq
etmir? O getmək istəyən ermənilər də sizin kimi rahat və təminatlı bir
cəmiyyətdə “genosid” şuarlarını özünə “dükan” edərək yaşamaq istəyir. Bu
qədər sadə…
Azərbaycan Demokrat Firqəsinin yüzlərlə qəhrəman oğulları, fədakar
gəncləri, ləyaqətli siyasi xadimləri bu tudəçilərin xəyanəti ucbatından edam
edildilər, həbs olunub işgəncə gördülər. Azərbaycan oğulları edam ediləndə
bu şətəfsizlər İran mollalarına təriflər, risalələr yazır, bəziləri də Avropada
“sosialdan” yardım alaraq universitet yeməkxanasında toplantılar keçirirdi.
Azərbaycanı ittiham etmək tudəçilərin həddi deyil. Bunları “hürdürən”
Təbrizdə, Ərdəbildə, Urmiyyədə… Azərbaycan oğullarının qürurla hayqırdığı
“Azadlıq, Ədalət, Milli Hökumət” şuarlarıdır. Azərbaycan xalqı bu “irançı
ünsürlərə” öz süzünü dəfələrlə deyib: – O gün Azərbaycana mütləq
gələcək…

Azərbaycan Demokrat Firqəsinin Siyasi Heyəti

13 aban 1402 / 4 noyabr 2023

Şərhlər bağlıdır.