DƏHŞƏTLİ CİNAYƏT: Ailəsinin 12 üzvünü qətlə yetirdi

İranın cənub-şərqindəki Kirman əyalətində kişi 12 qohumunu güllələyərək qətlə
yetirib.
Bununla bağlı məlumatı İranın rəsmi xəbər agentliyi olan İRNA yayıb.
Agentliyin rəsmi dairələrdən aldığı məlumata görə, Kirman vilayətinin Faryab
rayonunda kişi ailə-məişət münaqişəsi zəminində müxtəlif evlərdə olan atası və
qardaşı da daxil olmaqla 12 ailə üzvünü güllələyərək qətlə yetirib.
Qətliamı “Kalaşnikov” avtomatı ilə həyata keçirən və hadisə yerindən qaçan 30 yaşlı
şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Azerbaycan-ruznamesi.org

Şərhlər bağlıdır.