“Xomeyniyə aldanan Şəriətmədari və ya 30 il əvvəlki yanlışlığın ağır nəticəsi”

Güney Azərbaycanda 1945-1946-ci illərdə mövcud olmuş
Azərbaycan Milli hökuməti İranda yaşayan Azərbaycan
türklərinin yaddaşında dərin izlər buraxdı.Xatirələrdən
silinməyən Səməd Behrəngi kimi ziyalı bir Azərbaycan
türkünün öz ana dilində yazıb oxumağı tələb etdiyi üçün
Məhəmməd Rza Pəhləvinin cəlladları tərəfindən boğularaq
Araza atılması və s.hadisələr cənubda yaşayan xalqımızın
səbrinin daşdığını bildirirdi.
…1951-ci ildə İranda neft sənayesinin milliləşdirilməsi
barədə qanun qüvvəyə minir. Bu, Böyük Britanya ilə
münasibətlərin kəskinləşməsinə səbəb olur.Belə ki, 1933-cü
ilin neft müqaviləsinə görə,İngiltərənins İran neft şirkəti ilə
bağladığı razılaşmaların şərtləri bitərəfli qaydada dəyişdirilə
biməzdi. İslahatları həyata keçirən baş nazir Müsəddiq
mənşəcə Qacar sülaləsindən idi.Odur ki, onun islahatları
İranda hakimiyyəti itirmiş türklərin yenidən Pəhləvilərdən
qisas alması kimi də qiymətləndirildi. Lakin Qacar dirçəlişi
ABŞ və Böyük Britaniyanın Pəhləvi hökumətinə köməyi
sayəsində dayandırıldı. Müsəddiq baş nazirlikdən
uzaqlaşdırıldı. 1979-cu ildə İranda şah taxtının çevrilməsi
və Xomeyni dövlətinin yaranması mühüm hadisələrdəndir.
Əslində bu hərkatda farsları təşkilatlandıran, şahın əleyhinə
qaldıran Azərbaycan türkü olan Ayətullah Teleqani və
Ayətullah Xomeyninin müəllimi onu ölümdən xilas eləyən
Ayətullah Şəriətmədaridir.Qərbdəki hakim qüvvələrin
icazəsilə “Fədaiyani-xalq” Mücahidani-xalq” “Furqan’’və
digər qərb gizli təşkilatları şahın devrilməsi üçün
meydanlara dolurdular. Orta Şərqdə rəhbərlik yuxusu görən
və kifayət qədər gücə malik olduğunu zənn edən şahın taxtı
devrildi: Inqilabda Azərbaycanın və Seyid Məhəmməd
Kazım Şəriətmədarinin yeri məsələsinə gəldikdə isə, 1978-
1979-cu illər İran inqilabının başlanmasında, inkişafında və
qələbə ilə nəticələnməsində Güney Azərbaycan, xüsusilə
Təbriz şəhəri və təbrizlilər, eləcə də Tehranda yaşayan
çoxmilyonlu Azərbaycan türkləri başlıca və həlledici rol
oynadılar. 1978-ci il yanvarın 9-da ölkənin ən iri din
mərkəzlərindən sayılan Qum şəhərində Azərbaycan türkləri
olan tələbələr polis özbaşınalığına, konstitusiya qaydalarının
pozulmasına etiraz olaraq nümayişə çıxdılar. Polis bir neçə
minlik nümayişi dağıtdı, çoxlu ölən oldu. O qanlı hadisəni
kəskinliklə pisləyən Şəriətmədarinin çıxışı bütün ölkədə
əks-səda doğurdu. Fevralın 18-də Təbrizdə keçirilən dinc
nümayiş Şəriətmədarinin gözləmədiyi bir halda hakimiyyətə
qarşı güclü üsyana çevrildi.Azərbaycan türklərinin millidemokratik mübarizəsində önəmli yer tutan bu üsyan iki
gün çəkmiş,minlərlə Azərbaycan türkü öldürülmüş və
yaralanmışdı.Tarixə “29 Bəhmən üsyanı” adı ilə düşmüş bu
çıxış Pəhləvi sülaləsinin fəqərə sütununa öldürücü zərbə
vurmuşdur. Şəriətmədari vaxtilə (1945-1946-cı illər) milli
hökumətin məhv edilməsini alqışlayanlardan biri
olmuşdu.Sonralar böyük bağışlanmaz səhvə yol verdiyini
başa düşərək, milli dövlətin ideyalarının təbliğinə başladı.
Şəriətmədari hərəkatda daha bir səhv edərək, hərəkatda
rəhbərliyə Xomeyninin gətiriməsinə, öz liderliyinin ona
veriməsinə razı oldu. Ayətullah Xomeyni hələ Parisdə
yaşayarkən Şəriətmədarini aldada bilmişdi. Əgər hərəkat
uğurlu olarsa,Şəriətmədarinin yerinə Xomeyni gəlib İranın
hakimiyyətinin başına keçəcək və illər uzunu azadlığı qəsb
edilmiş Azərbaycan türklərinə muxtariyyət veriləcək idi.
Azərbaycan türklərinin siyasi təşkilatları arasında 1979-cu il
fevralın sonunda yaranmış Müsəlman Xalq Partiyasının
(İran müsəlman xalqının respublika partiyası)ayrıca yeri var
idi. Bu partiya Qumdakı Azərbaycan türkləri tərəfidən
yaradılmışdı.Farsda yaşayan qaşqay qəbilə başçıları
arasında partiyanın tərəfdarları az deyildi. 1979-cu ilin
sonlarınadək bu partiya Xomeyni tərəfdarlarının həmin il
fevralın 20-də yaratdığı indi hakim partiya olan İslam
Respublika Partiyası ilə qarşı-qarşıya dura bilən nüfuzlu
müxalif partiyalarından biri idi. 1979-cu il yanvarın 16-da
şah İranı tərk etdi. Yanvarın 31-də Xomeyni Tehrana
gəlmiş, Şəriətmədarinin yerinə hərəkat liderliyinə keçmişdi.
Müvəqqəti hökumətin təşkilini Mehdi Bazarqana
tapşırmışdı.Xomeyni şah taxtına çıxandan sonra
Azərbaycan türkləri Təbriz televiziyasında və radiosunda
ana dilində verilşlər təşkil etdilər. Ana dilində nəşriyyatlar
açıldı.Xomeyni idarəsi isə bu hərəkatı üsyan kimi qəbul
etdi; ana dilinin təbliğində fərqlənən 12 nəfər Azərbaycan
türkünü qətlə yetirdi. Azərbaycan türklərinin bir qismi ADP
(Azərbaycan Demokrat Partiyası) daxilində fəaliyyət
göstərirdi. Yeni konstitusiya qəbul olundu. Konstitusiyanın
“vilayəte- fəqih” yəni ölkənin dini başçısının ali siyasi
hakimiyyətini təsdiq edən 110-cu maddəsi ölkə başçısına
,dini rəhbərə qeyri -məhdud mütləq hakimiyyət hüquqları və
varisini özü müəyyən etmək ixtiyarı verməklə bir
diktaturanı (şahlıq ) başqası ilə (klerikal)əvəz etdi. Dini
rəhbər -eyni zamanda silahlı qüvvələrin ali baş komandanı
idi. İranda Vatikan tipli monarxiya yaradıldı. Dini rəhbərin
əlində qanunverici və idarəedici səlahiyyətlər cəmləşirdi.
Prezident seçkiləri formal olaraq keçirilirdi. Əslində İranda
prezidentin dövlət idarəçiliyində heç bir rolu yoxdur.
Təbrizdə 110-cu maddə etirazla qarşılanmış və böyük bir
üsyanla nəticələnmişdi.Dövlət idarələri,radio,televiziya
stansiyaları təyyarə meydanı ələ keçirilmiş,Cənubi
Azərbaycan “Azərbaycan İslam Respublikası” elan
edilmişdi. üsyanda yüz minlərlə Azərbaycan türkü iştirak
edirdi.üsyana Müsəlman Xalq Partiyası rəhbərlik edirdi.
üsyanda ADP, maoçu Peykar partiyası və fədailər iştirak
edirdi. 1979-cu il dekabr Təbriz üsyanı amansızlıqla
yatırıldı. Seyid Məhəmməd Kazım Şəriətmədari Təbriz
şəhərində verdiyi bəyanatında dövlətin dünyəvi olmasının
labüdlüyünü, dövlət orqanlarına “Vilayəti Fəqih”lərin(dini
müctəhidlər) yaxın buraxılmamasının zəruriliyini qeyd
edir,dünyəvi dövlət qurulmazsa,dini diktatura yaranacağı
haqqda mülahizələr irəli sürürdü. Şəriətmədari bir neçə
dövlət quruluşlu Federativ İslam respublikası qurulmasını
tələb edirdi.Bu Federativ respublikada İran əhalisinin
çoxluğunu təşkil edən Azərbaycan türkləri aparıcı rol
oynamalı idilər.Lakin öz hakimiyyətini könüllü Xomeyniyə
güzəştə getmək Şəriətmədariyə baha başa gəldi. öz
ideyalarını o,həyata keçirə bilmədi.1979-cu il martın 31-də
keçirilmiş referenduma Xomeyninin təklifi
çıxarılmış,aprelin 1-də İran “İslam Respublikası”kimi
tanınmışdı. İran Xalq Mücahidlərinin Azərbaycan
təşkilatının başında Şeyx Məhəmməd Xiyabaninin nəvəsi
Musa Xiyabani dururdu. O,islamçı ordu hissələri ilə
döyüşdə öldürüldü.Musa Xiyabani də Azərbaycanın
muxtariyyatı uğrunda mübarizə aparırdı. Şəriətmədari
liberal və demokrat idi. O, ruhanilərin siyasi işlərdə
iştirakına qarşı olmuşdu.Onun Güney Azərbaycanda,
Tehran, Qum və Azərbaycan türklərinin çoxluq təşkil etdiyi
başqa şəhərlərdə çoxlu tərəfdarları var idi. Şəriətmədari
islam prinsipləri ilə sosialist cəmiyyətinin idarəçilik
formasını birləşdirib yeni quruluş yaratmağa çalışırdı. Yeni
quruluşda siyasi baxışına baxmayaraq, bütün partiyalar azad
fəaliyyət göstərməli, söz, mətbuat azadlığına geniş yer
verilməli idi. Şəriətmədari və tərəfdarları islam ümmət
pərdəsinə bürünmüş fars faşistləri, mollaları tərəfindən
məhv edildi. Abbas Atilayın “İslamın ipi” məqaləsində də
Şəriətmədariyə xüsusi yer ayrılmışdır: “İslami inqilab
zamanı İran daxilində böyük nüfuzu olan milliyyətcə türk
Şeyx Şəriətmədari rejim əleyhinə mübarizəyə qalxdı. Bir ilə
yaxın davam edən qarşıdurmadan sonra Şəriətmədarinin
minlərcə tərəfdarı həbs edildi, edam maşını yenidən işə
düşdü və nüfuzlu Şeyx ömrünün sonlarınadək ev məhbusu
oldu. İranda şah rejimindən daha irticaçı olan bir rejim
quruldu. Azərbaycan türkcəsində çıxan qəzet-jurnallar,
nəşrlər dayandırıldı. Şah rejimində daha irticaçı olan rejim
hazırda İran- fars kimliyi altında Azərbaycan türklərinə
qarşı assimilyasiya siyasətini şah rejimindən betər aparır.
İran isə siyasi cəhətdən bir necə əsr geriləyərək hətta orta
əsrlərdə belə mövcud olmayan bir bataqlığa düşüb. İran
İslam Respublikasının əsas qanununun 15-ci maddəsində
yazılan “məhəlli dillər məktəblərdə oxudula bilər” sözləri
başqa maddələr kimi formal olaraq yazılıb. ölkə qanunlarla
yox, fars mollalarının fitvaları ilə idarə olunur. Kim
konstitusiyada yazılan hüquqları tələb etsə, məhv edilir,
ölkədən deportasiya olunur. Doğulmayan və ya məhv edilən
azadlıq isə dirçəlmək arzusu ilə həmişə yaşamağa can atır
(Link)
Elşən Mirişl

Şərhlər bağlıdır.