12 şəhrivər (3 sentyabr) 1945-ci il
Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə 1945-ci il sentyabr ayının 3-də (12 şəhrivər)
Azərbaycan Demokrat Firqəsi yaradıldı. Yarandıgı gündən milli-demokratik düşüncəni
qəbul etmiş və xalqının etimadını qazanmış ADF-nin ən böyük qələbəsi Azərbaycan
Milli hökumətinin yaradılması və bir il müddətində həyata keçirdiyi böyük, ugurlu
islahatlar olmuşdur.
Bu il ADF-nin yaradılmasının 79-cu ildönümüdir. Bu 79 ildə S.C.Pişəvərinin
xalqına miras qoydugu təşkilar və onunla da birlikdə qarşıya qoyulmuş məqsəd və
məramımız oldugu kimi qalmaqdadır. Firqəçilərin milli arzulara sədaqət və imanı tarixi
təcrübədən, sınaqdan keçdi və xalqın yaddaşında yaşadı. ADF üzvlərinin bu illərdə
qəhrəman ogullarından kitablar, romanlar, şerlər yazılıb, onların milli ideyalara
sədaqətindən və barışmaz mübarizəsindən dastanlar yaranıb, rəvayətlər danışılır.
İranın faşıst rejimlərinin daim təqibi altında yaşayan və fəaliyyət göstərən vətən
aşıqi Firqəçilər öz fəaliyyətini bir gün də dayandırmadılar. Ən agır illərdə həkim,
müəllim, musiqiçi, fəhlə və sənətçi kimi xalqının içində oldular, xalqın
maariflənməsində, milli şuurun inkişafında iştirak etdilər.
Eyni zamanda ADF-nin qəhrəm və mübariz üzvləri, xalqın ləyaqətli ogulları milli
azadlıqlarımızın ugrunda minlərlə şəhid verdi. On minlərlə ziyalılarımız, qabaqcıl
gənclər mühacirət etdilər. On minlərlə vətənsevər insanlara zindanlarda zülm etdilər.
Lakin xalq nə S.C.Pişəvərini, nə də ADF-nin milli hökumət quruculugunu unutmadı.
Azərbaycanın Firqəçi ogullarından, firqə fədailərindən aşıqlar dastanlar danışdı,
yazıçılar roman və hekayələr yazdı, övladlarına milli kimliyin qorunmasında firqəçiləri
nümunə göstərdilər.
Biz də xalqımızla birlikdə 12 şəhrivəri xatırlayırıq, ADF ideyalarına sədaqətimizi,
milli arzu və istəklərimizi bir daha elan edirik.
“Azadlıq, Ədalət, Milli Hökumət”
Azərbaycan Demokrat Firqəsi
02.09.2024
Şərhlər bağlıdır.