“ Şuşanın tarixi-mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda dəyirmi masa

30 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutu
tərəfindən Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında “ Şuşanın tarixi mədəni irsini tanıyaq və tanıtdıraq” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları və gimnaziyanın müəllim və şagird kollektivi iştirak etmişlər.
Dəyirmi masanı gimnaziyanın direktoru İlqar Talıbov açaraq tədbir iştirakçılarını
salamlamışdır.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər
Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin moderatoru ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri,
pedaqogika elmləri doktou, professor İntiqam Cəbrayılov tədbirin əhəmiyyəti ilə bağlı giriş sözü söyləmiş və sonra “ Şuşanın tarixi -mədəni irsi: tarixi abidələrin şagirdlərə öyrədilməsi imkanları” mövzusunda təqdimatla çıxış etmişdir. İntiqam Cəbrayılov Şuşanın yaranma tarixi, milli-mədəni irsinin formalaşması və təlim-tərbiyə prosesində şagirdlərə öyrədilməsi imkanları və yollarından, elmi-pedaqoji əhəmiyyətindən geniş bəhs etmişdir.
Daha sonra AMEA-nın əməkdaşları tarix üzrə fəlsəfə doktorları, dosentlər Sübhan Talıblı “Şuşanın tarixi-mədəni irsi xarici tədqiqatçıların əsərlərində” və Elnur Mustafayev isə “Şuşanın tarixi məsələləri epiqrafik abidələr işığında” mövzularında təqdimatlarla çıxış etmişlər.
Dəyirmi masada gimnaziyanın “Kiçik Akademiya”sının tarix klubunun şagirdlərindən Cavad Cəfərli (9-cu d sinfi), Ağayar Eminli (9-cu d sinfi), Lalə Həsənova (6-cı a sinfi) və Cəmilənur Günəş öz təqdimatları ilə çıxış etmiş, Şuşanın tarixi-mədəni irsinin qorunmasını gələcək nəsillərin də başlıca vəzifələri kimi qiymətləndirmişlər.
Dəyirmi masada təqdimatlar ətrafında geniş müzakirələr aparılmışdır. ARTİ-nin
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin əməkdaşları pedaqogika üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi Nigar Muradova, böyük elmi işçi Mətanət Qurbanova keçrilən tədbirin tərbiyəvi əhəmiyyətindən bəhs etmişlər.
Dəyirmi masanın sonunda gimnaziyaya elmi ədəbiyyatlar hədiyyə olunmuşdur.

Şərhlər bağlıdır.