Son belə hadisə Təbriz həbsxanasında baş verib. Hüquq müdafiəçiləri Təbriz
və Zəncan şəhərlərində biri qadın olmaqla ən az üç məhkumun dar ağacından
asıldığını bildiriblər.
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupunun şənbə günü yaydığı
xəbərə görə, bir neçə gün öncə edam edilən Zəhra Feyzi 4 il əvvəl həbs edilib
və həyat yoldaşını öldürməkdə təqsirli bilinərək, ölüm cəzasına məhkum
olunub.
Təbrizdə edam edilən Zəhra Feyzi
(Mənbə: IHR qrupu)
Hüquq müdafiə qurumu Feyzinin həyat yoldaşının ailəsi tərəfindən onun
asılmaması üçün 4 milyard 5 milyon tümənlik diyə-təzminat tələb edildiyini,
fəqət məhkumun ailəsinin tələb edilən məbləğı hazırlaya bilmədiyini yazıb.
Zəhra Feyzinin ölüm cəzasının çərşənbə günü Təbrizin mərkəzi həbsxanasında tətbiq edildiyi bildirilib.
Azerbaycan-ruznamesi.org
Şərhlər bağlıdır.